Naxçıvan MR GİN
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi                                                  

menu html by Css3Menu.com











Naxçıvan şəhərinin 2018-ci ildə ölkəmizin Gənclər Paytaxtı seçilməsi münasibətilə konsert proqramı təşkil olunub

16 iyun 2018-ci il tarixində Naxçıvan şəhərinin 2018-ci ildə ölkəmizin Gənclər Paytaxtı seçilməsi münasibətilə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Əcəmi seyrəngahında konsert proqramı təşkil olunub. Ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə gəncləri həmişə diqqət mərkəzində saxladığını vurğulayıblar. Qeyd olunub ki, Ulu Öndər daim “Gənclər həyatımızın bəzəyidir”, “Gənclər bizim gələcəyimizdir” ifadələrini xüsusi vurğu ilə səsləndirərək, gənc nəsli ictimai-siyasi həyatda fəal iştirak etməyə həvəsləndirir, dövlət siyasətinin həyata keçirilməsində gənclərə xüsusi önəm verirdi. Azərbaycanda fevral ayının 2-nin Gənclər Günü kimi qeyd edilməsi də Heydər Əliyevin adı ilə bağlıdır. Vurğulanıb ki, Ulu Öndərin müəyyənləşdirdiyi gənclər siyasəti bu gün ölkəmizdə, o cümlədən muxtar respublikamızda da uğurla həyata keçirilir. Gənclər bütün sahələrdə aparıcı qüvvə rolunda çıxış edirlər. Gənclərə göstərilən diqqət, qayğı və etimadın bariz nümunəsidir ki, Naxçıvan gəncləri muxtar respublika paytaxtının 2018-ci il üçün ölkəmizin Gənclər Paytaxtı seçilməsinə öz səyləri ilə nail olublar. Bu gün gənclərimiz üzərlərinə düşən vəzifələri dərk edir, muxtar respublikanın qlobal məkanda tanıdılması üçün sosial şəbəkələrdə fəallıq göstərirlər. Diqqətə çatdırılıb ki, tədbir Naxçıvan şəhərinin 2018-ci il üçün ölkəmizin Gənclər Paytaxtı seçilməsi münasibəti ilə təşkil olunub. Bu əlamətdar bayramı qeyd etmək üçün Bakı şəhərindən dəvət olunmuş müğənnilərin ifasında konsert proqramı təşkil olunub. Konsertdə naxçıvanlı müğənnilər Coşqun Hüseynovun, Gülyanaq Fərzəliyevanın, Elton Hüseynəliyevin və Əli Pormehrin ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Ətraflı Fotosessiya

III Heydər Əliyev Kuboku turniri keçirilmişdir

13-15 iyun 2018-ci il tarixində Naxçıvan Muxtar Respublikasında keçirilən III Heydər Əliyev Kubokuna yekun vuruldu. 12 iyunda başlanıb 15 iyun Qurtuluş günündə başa çatan yarışın qalibi “Şüvəlan” oldu. Ötən mövsümdə I Divizionun bürünc medallarını əldə edən “Şüvəlan” Heydər Əliyev Kubokunda bütün rəqiblərindən çox, 7 xal qazandı. Bununla da gənc Aqil Nəbiyevin komandası turnirin qızıl medallarına və kubokuna sahib çıxdı. Yarışda 2-ci yeri yerli “Araz Naxçıvan” tutdu. Bürünc medallara isə “Zaqatala” yiyələndi. Ötənilki qalib MOİK klubu isə bu dəfə mükafatsız qaldı. Turnirin son günündə keçirilən oyunlarda aşağıdakı nəticələr qeydə alındı. “Zaqatala” 2-2 “Şüvəlan” (Nicat Muxtarov, 29; Sərxan Abdullayev, 60 // Rəhman Musayev, 34, 74(p.) “Araz Naxçıvan” 2-2 MOİK (Nuran Qurbanov, 40; İlqar Ələkbərov, 70 // Əli Banişevski, 7; Fərmayıl Əliyev, 48). III Heydər Əliyev Kubokunda müxtəlif nominasiyalar üzrə ən yaxşılar müəyyənləşdi. Ən yaxşı bombardir üçün ayrılan mükafata aktivində 4 qol olan “Şüvəlan”ın futbolçusu Rəhman Musayev yiyələndi. Ən yaxşı qapıçı üçün hazırlanmış mükafatı elə həmin klubdan Əli Həsənli qazandı. Turnirin ən yaxşı oyunçusu adına isə “Zaqatala”nın üzvü Sərxan Abdullayev sahib çıxdı. Bundan əlavə görüşlərdə idarəçilik etmiş hakimlərə və onların işinə qiymət verən hakim-inspektora da xüsusi hədiyyələr təqdim edildi. Mükafatları Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabarov Naxçıvan Muxtar Respublikasının Futbol Federasiyasının sədri Səbuhi Şahverdiyev təqdim etdilər. Bu gün Naxçıvan Muxtar Respublikasında III Heydər Əliyev Kubokunun açlış və bağlanış mərasimi keçirildi. Açılış mərasimində incəsənət ustaları öz məharətlərini göstərdilər. Daha sonra “Araz Naxçıvan” və MOİK klublarının oyunu reallaşdı. Yekunda isə qalib və mükafatçılara müvafiq medallar təqdim olundu. Yarışda qalib adını “Şüvəlan” qazandı. 2-ci yerə “Araz Naxçıvan”, 3-cü yerə isə “Zaqatala” yiyələndi. Mükafatları Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov Naxçıvan Muxtar Respublikasının Futbol Federasiyasının sədri Səbuhi Şahverdiyev təqdim etdilər.
Ətraflı Fotosessiya

15 İyun-Milli Qurtuluş Günü
ilə əlaqədar film nümayiş etdirilib

6 iyun 2018-ci il tarixində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı “15 İyun-Milli Qurtuluş Günü” ilə əlaqədar gənclərə ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətinin hər iki dövründən bəhs edən “Xalqa bağışlanan ömür” və “Dahi şəxsiyyət” adlı sənədli filmlər nümayiş etdirilib. Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində filmə Əlahiddə Ümumqoşun Ordunun əsgərləri, Heydər Əliyev adına Hərbi Liseyin kursantları, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri olmaqla ümumilikdə, 410 nəfər gənc baxıb.
Ətraflı Fotosessiya

“Heydər Əliyev Kuboku” turnirinə start verildi!

Ardıcıl 3-cü ildir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikası Futbol Federasiyası və Peşəkar Futbol Liqası tərəfindən keçirilən yarışın açılış və bağlanış mərasimi xüsusi günə təsadüf edəcək.

Tədbir 15 iyun – Milli Qurtuluş Gününə təyin edilib (saat 17:30). Bu isə o deməkdir ki, həmin gün Naxçıvanda əsl bayram əhval-ruhiyyəsi olacaq. Açılış mərasimində tanınmış müğənnilər Elton Hüseynəliyev və Əli Pormehr iştirak edəcək. Eyni zamanda, müxtəlif səhnələrdən ibarət açılış mərasimi təşkil olunacaq.

Məlumat üçün bildirək ki, turnirdə yerli “Araz Naxçıvan”la yanaşı MOİK, “Zaqatala” və “Şüvəlan” klubları iştirak edəcəklər. Komandalar artıq bu gün Naxçıvana gəliblər. Oyunlara isə sabah start veriləcək. Reqlamentə əsasən, üç gün davam edəcək turnirdə gün ərzində iki görüş (saat 10:30 və 17:30) keçiriləcəkdir.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının
95 illiyinə həsr olunmuş turnir keçirilmişdir

24-25 may 2018-ci il tarixlərdə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyasının birgə təşkilatçılığı ilə İlham Əliyev adına Olimpiya-İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Heydər Əliyev Kuboku” uğrunda 2001-2002-ci il təvəllüdlü yeniyetmə oğlanlar arasında basketbol üzrə Naxçıvan Muxtar Respublika turniri keçirilmişdir.

Ətraflı



Naxçıvan şəhəri - Gənclər Paytaxtı 2018











VİDEO
Nazir Azad Cabbarovun təntənəli
"Gənclər paytaxtı 2018" mərasimində çıxışı
Ətraflı

VİDEO
2018-ci ilin "Gənclər paytaxtı"
Naxçıvan şəhəri elan edilmişdir!
Ətraflı

VİDEO
2017-ci ilin yekunlarına və dünya azərbaycanlılarının həmrəylik gününə həsr olunmuş bayram və mükafatlandırma mərasimi keçirilmişdir.
Ətraflı

VİDEO
15 iyun 2018-ci il tarixində keçirilən III Heydər Əliyev Kuboku turnirindən video görüntülər.
Ətraflı

















Besucherzahler
счетчик посещений
contador de visitas счетчик посещений


Naxçıvan MR Gənclər və İdman Nazirliyi
Webmaster • Ideal Network Technologies
2018