Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi                                                                       

menu html by Css3Menu.com











Azərbaycanın Milli Qəhrəmanlaarı









Cabbarov Azad Vaqif oğlu

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Naziri


          

14 aprel 1981-ci ildə Lənkəran rayonunun Şovu kəndində anadan olmuşdur.

1998-2002-ci illərdə "Naxçıvan" Universitetinin Hüquq fakültəsinin Hüquqşünaslıq ixtisasını bitirmişdir.

2002-ci ildə N saylı hərbi hissədə hərbi xidmətdə olmuşdur.

2006-2010-cu illərdə Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsinin Hüquqşünaslıq ixtisası üzrə təhsil almışdır.

2010-2013-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və Bələdiyyə İdarəetməsi ixtisasını bitirmişdir.

2008-ci il oktyabrın 6-dan 11-dək Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Azərbaycan Respublikasında Gənclər Siyasəti" proqramı üzrə qısamüddətli ixtisasartırma kursunda iştirak etmişdir.

2004-2007-ci illərdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Əməliyyat Tağımında polis vəzifəsində çalışmışdır.

2007-2008-ci illərdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin Əməliyyat Şöbəsində inspektor-əməliyyat müvəkkili və şöbə rəisi vəzifəsində işləmişdir.

2008-2009-cu illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Dövlət Quruculuğu, Ərazi İdarəetmə Orqanları, Deputatlarla və Daimi Komissiyalarla İş Şöbəsində baş məsləhətçi vəzifəsində çalışmışdır.

2009-2011-ci illərdə Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir müavini vəzifəsində çalışmışdır.

2011-ci ilin aprel - iyul aylarında Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyində nazir müavini olmuşdur.

1 iyul 2011-ci il tarixindən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Naziri vəzifəsində çalışır.

2003-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublikası Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin sədridir. YAP Gənclər Birliyinin İdarə Heyətinin və YAP Naxçıvan MR Təşkilatının İdarə Heyətinin üzvüdür.

Azərbaycan Milli Olimpiya Komitəsinin İdarə Heyətinin üzvüdür. Kikboksinq və Budo idman növləri üzrə yüksək nailiyyətlər əldə etmişdir.

Ailəlidir, iki övladı var.





VİDEO
Nazir Azad Cabbarovun təntənəli
"Gənclər paytaxtı 2018" mərasimində çıxışı
Ətraflı

VİDEO
2018-ci ilin "Gənclər paytaxtı"
Naxçıvan şəhəri elan edilmişdir!
Ətraflı

VİDEO
2017-ci ilin yekunlarına və dünya azərbaycanlılarının həmrəylik gününə həsr olunmuş bayram və mükafatlandırma mərasimi keçirilmişdir.
Ətraflı

VİDEO
15 iyun 2018-ci il tarixində keçirilən III Heydər Əliyev Kuboku turnirindən video görüntülər.
Ətraflı

Naxçıvan şəhəri - Gənclər Paytaxtı 2018




Flag Counter

Besucherzahler
счетчик посещений
contador de visitas счетчик посещений


Naxçıvan MR Gənclər və İdman Nazirliyi
Webmaster • Ideal Network Technologies
2018