Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi



"8 mart - Beynəlxalq Qadınlar Günü" ilə əlaqədar tədbir keçirilmişdir


       Təbriz otelində "8 mart - Beynəlxalq Qadınlar Günü" ilə əlaqədar muxtar respublikanın ictimai həyatında fərqlənən qadınların mükafatlandırma mərasimi keçirilmişdir.

Tədbirdə gənclər və idman naziri Azad Cabbarov, Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Gülər Əhmədova çıxış edərək muxtar respublikada qadınlar sahəsində həyata keçirilən dövlət siyasəti haqqında məlumat vermiş və xanımları bayram münasibətilə təbrik etmişlər.

Tədbirdə müxtəlif sahələr də fərqlənən 75 nəfər xanıma mükafatlar təqdim olunmuşdur.

Tədbir Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
08.03.2019

Поделиться