Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi



“Poliqon” Strateji İntellekt Oyunu üzrə “Universiada” keçirilmişdir


       9 mart 2019-cu il tarixdə Naxçıvan Şahmat Mərkəzində “Naxçıvan Muxtar Respublikası-95” devizi altında ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında “Poliqon” Strateji İntellekt Oyunu üzrə “Universiada” keçirilmişdir.

Əvvəlcə Gənclər və İdman Nazirliyinin şöbə müdiri Tahir Məmmədli çıxış edərək keçirilən oyunların mahiyyəti haqqında məlumat vermiş və bildirmişdir ki, Naxçıvan Muxtar Respublikasının yaranmasının 95 illik yubileyi ilə əlaqədar hazırlanmış Tədbirlər Planına əsasən il ərzində bir sıra intellektual oyunların, mədəni-kütləvi tədbirlərin, idman yarışlarının keçirilməsi nəzərdə tutulmuşdur. Bu gün də keçirilən “Universiada”da həmin Tədbirlər Planına əsasən təşkil olunmuşdur. Universiadadanın keçirilməsində məqsəd gəncləri intellektual fəaliyyətə cəlb etmək, onların bu sahədə bilik və bacarıqlarının artırılması, intellektual səviyyəsinin, dünyagörüşünün, zehni inkişafının stimullaşdırılması, asudə vaxtlarının səmərəli təşkil olunması, intellektual oyunların kütələviliyini təmin edilməsidir. Həmçinin qeyd eldilmişdir ki, oyunda qalib olmuş komanda Bakı şəhərində keçiriləcək "Poliqon" Strateji İntellekt Oyunu üzrə keçiriləcək II Respublika Universiadasında Naxçıvanı təmsil edəcəkdir.

14 komandanın iştirak etdiyi “Poliqon” Strateji İntellekt Oyunu “Axtarış”, “Hədəf”, “Saxlama”, “Zəfər” və “Ekstar” mərhələlərindən ibarət olmuşdur. Oyunda səsləndirilən 24 sualdan daha çoxuna cavab verərək “Diplomat” komandası I yerə, “Turan” komandası II yerə, “Qisas” komandası III yerə çıxmışdır.

Sonda qaliblərə Gənclər və İdman Nazirliyinin diplomları, fəxri fərmanları, oxunması zəruri olan kitablar, həmçinin Azərbaycan və dünya ədəbiyyatı nümunələri təqdim olunmuşdur. Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilən Universiadada əvvəlcədən yaradılmış link vasitəsilə 14 komandada 90 nəfərə yaxın gənc qeydiyyatdan keçərək iştirak etmişdir.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
09.03.2019

Поделиться