Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi



İdmançılar tibbi müayinədən keçiblər


       12 mart 2019-cu ildən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə muxtar respublikada fəaliyyət göstərən idman federasiyaları idmançılarının Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında tibbi müayinədən keçirilməsinə start verilib.

Bu gün Naxçıvan Muxtar Respublikası Güləş, Boks Federasiyalarının və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən “Xatun” Bədii Gimnastika İdman Klubunun 76 idmançısı koordiorevmatoloq, nevropatoloq, uroloq, lor, dəri zöhrəvi və pediatr nəzarəti altında tibbi müayinədən keçib. Hər il həyata keçirilən bu tədbirlərə muxtar respublikada idmanla məşğul olan yüzlərlə idmançı cəlb olunur, onlar hərtərəfli olaraq müayinə edilirlər. Qeyd edək ki, uşaq, yeniyetmə və gənc idmançıların tibbi müayinəsi Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarında mart ayının 19-na kimi davam etdiriləcək.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
12.03.2019

Поделиться