Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi



Şəhid leytenant Qabil Orucəliyevdən bəhs edən tamaşa nümayiş olunmuşdur


       15 yanvar 2019-cu il tarixdə “Gənclik Mərkəzi”ndə Heydər Əliyev adına Hərbi Liseyin kursantlarına vətənpərvərlik hissinin, milli mənəvi dəyərlərin daha da dərindən aşılanması və təbliği məqsədilə Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin istedadlı və yaradıcı gəncləri tərəfindən hazırlanmış vətənpərvərlik mövzusunda olan, şəhid leytenant Qabil Orucəliyevdən bəhs edən tamaşa nümayiş olunmuşdur.

Tamaşa Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun və Yeni Azərbaycan Partiyası Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə təşkil olunmuşdur. Tamaşaya 400-ə yaxın kursant baxmışdır.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
15.01.2019

Поделиться