Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi



Ağır ateltimizdən uğurlu nəticə


       Azərbaycanın bütün bölgələrini əhatə edən ağır atletika üzrə Respublika yarışlarının 1-ci seçmə mərhələ yarışları keçirilir. Məqsəd regionlarda atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsi, ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançılar və məşqçılər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsidir.

Yarışlar Xırdalan, Lənkəran və Samux şəhərlərində keçirilir. Yarışlarda Bakı (bütün idman cəmiyyətləri), Sumqayıt, Xırdalan, Qobustan, Şamaxı, İsmayıllı, Cəlilabad, Neftçala, Lənkəran, Lerik, Astara, Goranboy, Gəncə, Samux, Qazax, Yevlax, Şəki və Qaxı təmsil edən atletlər körpücük üzərinə çıxacaqlar. Mərhələ yarışlarında 2007, 2006, 2005, 2004, 2003, 2002, 2001-ci il və daha böyük təvəllüdlü kişilər və qadınlar, müvafiq yaş qruplarında mübarizə aparırlar.

9 gün davam edəcək yarışda Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində Şərur rayonunda fəaliyyət göstərən Ağır atletika bölməsinin yetirməsi Gülcahan Əliyeva da iştirak edib. İdmançımız mərhələ yarışlarında öz yaş qrupunda (15 yaş) ikinci olub.

Qeyd edək ki, mərhələ yarışları ildə 4 dəfə keçirilir.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
21.01.2019

Поделиться