Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi



Gənclər üçün yeni avadanlıqlar


       Naxçıvan Muxtar Respublikasında idmanın inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər öz bəhrəsini verməkdədir. Hər il muxtar respublika idmançıları, gəncləri beynəlxalq arenalarda ölkəmizin şərəfini layiqincə qoruyur, Naxçıvanın idman ənənələrini davam etdirirlər.

Hər il olduğu kimi cari il ərzində də muxtar respublikamızda fəaliyyət göstərən idman obyektlərinin idman infrastrukturu yenilənib, maddi-texniki bazası gücləndirilib. Hazırda diyarımızda dünya standartlarına cavab verən Olimpiya-İdman kompleksləri, idman zalları, idman məktəbləri fəaliyyət göstərir. Bir sözlə, Naxçıvan güclü idman infrastrukturu yaratmağın modelini özündə formalaşdırıb. Təbii ki, bunun səbəbi gənc idmançılara göstərilən dövlət qayğısıdır.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən rayonlarda gənclərlə işi genişləndirmək, gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, asudə vaxtlarını səmərəli təşkil etmək, onları intellektual oyunlara cəlb etmək, eləcə də onlar arasında bilik və elmin nüfuzunu artırmaq məqsədi ilə rayon Gənclər və idman idarələrinə intellektual oyunları keçirmək üçün avadanlıqlar verilib.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
21.12.2018

Поделиться