Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Babək Rayon Gənclər və İdman İdarəsinin
2021-ci ilin aprel-iyun aylarında gördüyü işlər

      II rüb ərzində Vətənə sevgi, dövlətçiliyə sədaqət hissinin şagirdlərə aşılanması məqsədilə məktəblilər üçün ordumuzun Aprel Zəfərindən bəhs olunan “Aprel şəkilləri”, “Xalqa bağışlanan ömür”, “İstiqlaliyyət”, “Milli Qurtuluşdan İntibaha” adlı sənədli filmlər nümayiş etdirilib. Güznüt kənd tam orta məktəbində yol hərəkəti qaydaları və təhlükəsizlik təlimatları ilə bağlı “Diqqət Piyada!” o cümlədən, Məmmədrza Dizə, Qaraqala, Məzrə və Sirab kənd tam orta məktəblərində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi məqsədi ilə tədbirlər təşkil edilib, Nehrəm qəsəbə 2 nömrəli və Babək şəhər 1 nömrəli tam orta məktəblərdə “Sosial şəbəkələrin gənclərin həyatına müsbət və mənfi təsiri” mövzusu ilə bağlı müzakirələr aparılıb. “Nizami Gəncəvi İli” ilə əlaqədar dahi şairin həyat və yaradıcılığına həsr olunan “Xəmsə” Milli İntellektual Oyunu üzrə birincilik, ümumtəhsil məktəblərinin komandaları arasında rayon mərhələsi və yeniyetmələr arasında yol hərəkətinin təbliği ilə bağlı "Nə? Harada? Nə zaman?" İntellektual Oyunu keçirilib.

Yeniyetmələrin bədən tərbiyəsi və idmana cəlbi, onlar arasında bu sahəyə marağı daha da artırmaq, istedadlı idmançıları üzə çıxarmaq məqsədilə ümumtəhsil məktəblərinin şagirdləri arasında süni divara dırmanma, stolüstü tennis, mini-futbol, şosse velosipedi, həvəskar şahmatçılar və təqaüdçülər arasında rayon birincilikləri, fiziki tərbiyə dərslərini tədris edən müəllimlər arasında voleybol və mini-futbol üzrə yoldaşlıq görüşləri və “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi ilə 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlar arasında darts idman növü üzrə rayon birinciliyi keçirilib. Ulu öndərin doğum gününə həsr olunan peyntbol üzrə muxtar respublika birinciliyi və stend atıcılığı üzrə muxtar respublika açıq birinciliyində Babək rayon komandalarının iştirakı təmin edilib.

Müvafiq dövr ərzində kütləvi bədən tərbiyyəsi və idman sahəsində 13, gənclərlə iş sahəsində 13 tədbir keçirilib. İdman sahəsində 405, gənclər sahəsində keçirilən tədbirlərdə isə 228 məktəbli iştirak edib.



Babək Rayon Gənclər və İdman İdarəsi







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021