Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Culfa Rayon Gənclər və İdman İdarəsinin
2021-ci ilin aprel ayında gördüyü işlər

      Ötən ay yetkinlik yaşına çatmayanların maarifləndirilməsi məqsədilə Əlincə kənd və Yaycı kənd 1 nömərli tam orta məktəblərində “18 yaşına çatmamış şəxslərin əməyindən istifadənin xüsusiyyətləri və bunların pozulmasına görə məsuliyyət”, “Sosial şəbəkələrin mənfi və müsbət xüsiyyətləri”, “Uşaqlara və valideynlərə kömək göstərməkdən qərəzli boyun qaçırmağa görə məsuliyyətin əsasları” mövzularında maarifləndirici söhbətlər aparılıb. Yeniyetmələrin intellektual biliklərinin, dünya görüşlərinin yüksəldilməsi məqsədilə rayon ümumtəhsil məktəbləri arasında “Xəmsə” Milli İntellektual Oyunu üzrə rayon mərhələsi, yol hərəkəti qaydalarının təbliği ilə bağlı “Nə? Harda? Nə zaman?” İntellektual Oyunu üzrə rayon birinciliyi keçirilib. Məktəblilərin vətənə məhhəbbət, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması və dünyagörüşünün formalaşdırılması məqsədi ilə Gülüstan Türbəsinə ekskursiya təşkil edilib.

Vətən müharibəsidə igidlik göstərən, ordumuzun parlaq qələbəsində müstəsnə xidmətləri olan hərbçilərimizin tanıdılması, şahmatçıların oyun vərdişlərinin artırılması məqsədilə "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunmuş şəhid leytenant Yaqub Nəcəfovun xatirəsinə həsr olunan onlayn şahmat turniri keçirilib. Onlayn yarışda Bakı və Naxçıvan şahmatçılarından ümumilikdə 98 nəfər iştirak edib. Rayon ümumtəhsil məktəblərinin oğlan və qız şagirdləri arasında Naxçıvan Muxtar Respublikasının yaradılmasının 97-ci ildönümü münasibətilə şahmat və şosse velosipedi yarışları, o cümlədən “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi ilə stolüstü tennis turniri və basketbol üzrə yoldaşlıq görüşü keçirilib.



Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020