Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Kəngərli Rayon Gənclər və İdman İdarəsinin
2021-ci ilin aprel ayında gördüyü işlər

      Ötən ay məktəblilərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmə marağı artırmaq, eləcə də asudə vaxtlarının səmərəli təşkili məqsədilə “Xəmsə” Milli İntelektual Oyunu üzrə rayon mərhələsi keçirilib. Yetkinlik yaşına çatmayanların milli-mənəvi dəyərlərə bağlılığını artırmaq, vətənpərvərlik ruhunda tərbiyə etmək, asudə vaxtlarında onları bədən tərbiyəsi və idmana cəlb etmək və çağdaş dövrün təhlükələrindən qorumaq məqsədilə Akademik Zərifə Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbində marifləndirici tədbir keçirilib. Ətraf mühitin mühafizəsi, yaşıllıqların qorunması və artırılmasına dəstək məqsədilə yeniyetmə və gənclər tərəfindən Xok kəndi ərazisində yerləşən Anbarı gölü ətrafında təmizlik aksiyası həyata keçirilib.

Yeniyetmələrin bədən tərbiyəsi və idmana cəlbi, onlar arasında bu sahəyə marağı daha da artırmaq, istedadlı idmançıları üzə çıxarmaq məqsədilə müxtəlif idman yarışları keçirilib. Ümumtəhsil məktəblərinin komandaları arasında “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi ilə Yurdcu və Xok kənd kənd tam orta məktəblərində voleybol, şagirdlər arasında şahmat, “Mən sağlam böyüyəcəm” devizi ilə 2004-2005-ci il təvəllüdlü atletlər arasında atletikanın 400, 800, 1500 metr məsafəyə qaçış, nizə atma və yadro itələmə növləri üzrə rayon birincilikləri həmçinin, velosiped yarışı və futbol üzrə yoldaşlıq oyunu keçirilib.



Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020