Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin
2021-ci ilin aprel-iyun aylarında gördüyü işlərlə bağlı məlumat

      Rüb ərzində yeniyetmələrin intellektual biliklərinin, dünya görüşlərinin yüksəldilməsi, onlara vətənpərvərlik hissinin aşılanması məqsədilə Naxçıvan şəhər ümumtəhsil məktəblərinin komandaları arasında “Xəmsə”, “Vətəni tanı” və “Nə? Harada? Nə Zaman?” intellektual oyunları, məktəblilərin Vətənə məhəbbət, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması, dünyagörüşünün formalaşdırılması məqsədilə “Son iclas”, “Əbədi ezamiyyət” sənədli-bədii filmlərinin nümayişi keçirilib. Tarixi-mədəni abidələrlə tanışlıq, turizm potensialının təbliği məqsədilə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi, Dövlət Bayrağı Muzeyi və Heydər Əliyev Muzeyinə ekskursiyalar təşkil olunub, Naxçıvan şəhər 3, 7, 11, 13, 14, və 15 nömrəli tam orta məktəblərdə yetkinlik yaşına çatmayanlarla aparılan praktiki işlərə dair Tədbirlər Planına uyğun olaraq maarifləndirici söhbətlər aparılıb.

Yeniyetmələrin bədən tərbiyəsi və idmana cəlbi, onlar arasında bu sahəyə marağı daha da artırmaq, istedadlı idmançıları üzə çıxarmaq məqsədilə Naxçıvan şəhər tam orta məktəblərinin qız şagirdləri arasında Naxçıvan Muxtar Respublikasının yaradılmasının 97-ci ildönümünə həsr olunan stolüstü tennis üzrə şəxsi birincilik, ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan atletika yarışları (yadro itələmə, nizə atma və qaçış), “28 May - Respublika Günü”nə həsr olunan şahmat, “15 İyun - Milli Qurtuluş Günü” münasibətilə basketbol və stolüstü tennis birincilikləri təşkil olunub. Məktəblilər arasında şahmat, süni divara dırmanma, yadro itələmə və nizə atma, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar arasında stolüstü tennis, “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!”devizi ilə məktəblilər arasında velosiped yarışı və voleybol birincilikləri keçirilib. Dostluq və idman əlaqələrinin gücləndirilməsi məqsədilə məktəblərdə yaradılan idman klublarının qız komandaları arasında voleybol, fiziki tərbiyə müəllimləri arasında voleybol və məktəblilər arasında mini-futbol üzrə yoldaşlıq görüşləri reallaşıb.

Təşkil olunan idman yarışlarında 956 oğlan, 478 qız idmançı olmaqla ümumilikdə 1434 nəfər iştirak edib.



Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021