Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Ordubad Rayon Gənclər və İdman İdarəsinin
2021-ci ilin aprel-iyun aylarında gördüyü işlərlə bağlı məlumat

      Rüb ərzində yeniyetmə və gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmə marağı artırmaq, eləcə də asudə vaxtlarının səmərəli təşkili məqsədilə “Xəmsə”, yol hərəkəti qaydaları ilə bağlı “Nə? Harada? Nə zaman?” intellektual oyunları üzrə rayon birincilikləri keçirilib. Məktəblilərin milli-mənəvi dəyərlərə bağlılıq və vətənpərpərlik ruhunda formalaşdırılması məqsədilə “Nizami” və “Xalqa bağışlanan ömür” filmlərinin nümayişi, “Bayraq mənliyimdir - qürur mənbəyimdir!” mövzusunda rəsm müsabiqəsi, Naxçıvan şəhərindəki Bayraq Muzeyi, Döyüş Şöhrəti Muzeyi və rayon Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiyalar təşkil edilib, Silahlı Qüvvələr Günü münasibətilə azyaşlıların bədii qiraət kompozisiyası dinlənilib, gənclərin iştirakı ilə “22 aprel - Beynəlxalq Yer Kürəsi Günü”nə həsr olunan iməcilik aksiyası reallaşıb. Naxçıvan Muxtar Respublikası Daxili İşlər, Gənclər və İdman və Təhsil nazirliklərinin birgə hazırladığı tədbirlər planına əsasən Düylün kənd tam orta məktəbində maarifləndirici tədbir təşkil olunub.

Rayon idmançılarından gənclərdə Əmrah Nağıyev, yeniyetmələrdə isə Miryusif Seyidov atletika üzrə Azərbaycan çempionatının qalibi olublar. Adıçəkilən atletlərimiz speleoturizm üzrə muxtar respublika birinciliyini müvafiq ardıcıllıqla birinci, ikinci sırada tamamlayaraq Ordubadın komanda hesabında qalib olmasına nail olublar.

Hesabat dövründə əhalinin, xüsusən də gənc nəslin bədən tərbiyəsi və idmana cəlbi, onlar arasında bu sahəyə olan marağı artırmaq, istedadlı idmançıları üzə çıxarmaq məqsədilə 3000 metrlik məsafədə kross qaçışı üzrə Ordubad rayon açıq turniri, stolüstü tennis turniri, şahmat üzrə tempo turniri, şosse velosipedi, süni divara dırmanma və mini-futbol üzrə üzrə rayon birincilikləri, voleybol, şahmat və basketbol yarışları reallaşıb. "Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!" devizi ilə 2007-2010-cu il təvəllüdlü idmançılarından ibarət komandalar arasında futbol, ümumtəhsil məktəblərinin şagirdləri arasında atletika, məktəbli qızlar arasında voleybol üzrə rayon birincilikləri və ümumtəhsil məktəblərinin şagirdləri arasında şahmat üzrə tempo turniri keçirilib.

Rüb ərzində gənclərlə iş sahəsində 7, kütləvi bədən tərbiyyəsi və idman sahəsində 18 tədbir keçirilib. Gənclər sahəsində 140, idman sahəsində keçirilən tədbirlərdə isə 860 nəfər iştirak edib.



Ordubad Rayon Gənclər və İdman İdarəsi







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021