Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Sədərək Rayon Gənclər və İdman İdarəsinin
2021-ci ilin aprel ayında gördüyü işlər

      Ötən ay məktəblilərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmə marağı artırmaq, eləcə də asudə vaxtlarının səmərəli təşkili məqsədilə intellektual yarışmalar keçirilib. Ümumtəhsil məktəblərinin şagirdləri arasında yol hərəkəti qaydaları ilə bağlı, eləcə də “Zəfərə gedən yol və 44 günlük müharibə” devizi ilə “Nə? Harada? Nə Zaman?” intellekt yarışları həmçinin, Mədəniyyət Sarayında “Xəmsə” Milli İntellektual Oyunu təşkil olunub.

Yeniyetmələrin bədən tərbiyəsi və idmana cəlbi, onlar arasında bu sahəyə marağı daha da artırmaq, istedadlı idmançıları üzə çıxarmaq məqsədilə müxtəlif idman yarışları keçirilib. Uşaq-Gənclər Şahmat Məktəbində "Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!" devizi ilə məktəblilər, o cümlədən sağlamlıq imkanları məhdud yeniyetmə və gənclər arasında şahmat yarışları, məktəblilər arasında şosse velosipedi, qızlar arasında stolüstü tennis, voleybol, 400 metr və 800 metr məsafəyə qaçış üzrə rayon birincilikləri keçirilib.



Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020