Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Şahbuz Rayon Gənclər və İdman İdarəsinin 2021-ci ilin
aprel-iyun aylarında gördüyü işlərlə bağlı məlumat

      II rüb ərzində yeniyetmə və gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmə marağı artırmaq, eləcə də asudə vaxtlarının səmərəli təşkili məqsədilə rayon ümumtəhsil məktəblərinin şagirdləri, həmçinin idarə, müəssisə və təşkilatlarda işləyən gənclər arasında “Xəmsə” Milli İntelektual Oyunu üzrə birinciliklər, yol hərəkəti qaydalarının təbliği ilə bağlı məktəblilər arasında “Nə? Harada? Nə zaman?” İntelektual Oyunu və məktəblilərin vətənpərvərlik mövzusunda rəsm müsabiqəsi keçirilib, gənclər arasında keçirilən “Xəmsə”-nin “Yay kuboku”nda Şahbuz rayon komandasının iştirakı təmin edilib.

Tarixi həqiqətlərin öyrənilməsi, milli-mənəvi dəyərlərin yaşadılması, vətənpərvərlik ruhunun aşılanması məqsədilə yeniyetmə və gənclər üçün təşkil olunan növbəti ekskursiya Heydər Əliyev Muzeyində reallaşıb. Ətraf mühitin mühafizəsi, yaşıllıqların qorunması və artırılmasına dəstək məqsədilə rayon gəncləri “Gənclər bağı”nda təşkil olunan iməcilik aksiyasında iştirak edib.

Yeniyetmələrin bədən tərbiyəsi və idmana cəlbi, onlar arasında bu sahəyə marağı daha da artırmaq, istedadlı idmançıları üzə çıxarmaq məqsədilə ümumtəhsil məktəblərinin komandaları arasında şahmat üzrə 5 zona yarışı keçirilib, qaliblərin final mərhələsində iştirakı təmin olunub. Bundan əlavə, 10 yaşa qədər şahmatçılar arasında yarış və məktəblilər arasında tempo turnirləri, “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi ilə sərbəst güləş, mini-futbol və şahmat üzrə rayon birincilikləri, yeniyetmə və gənclər arasında şosse velosipedi üzrə turnir, futbol üzrə yoldaşlıq görüşü keçirilib. Süni divara dırmanma, voleybol, sərbəst güləş və şahmat üzrə rayon birincilikləri reallaşıb, ulu öndərin doğum gününə həsr olunan süni divara dırmanma, peyntbol, şosse velosipedi üzrə muxtar respublika birincilikləri və stend atıcılığı üzrə muxtar respublika açıq birinciliyində rayon idmançılarının iştirakı təmin edilib.

Rüb ərzində gənclərlə iş sahəsində 6, kütləvi bədən tərbiyyəsi və idman sahəsində 17 tədbir təşkil olunub. Gənclər sahəsində 147, idman sahəsində keçirilən tədbirlərdə isə 608 nəfər iştirak edib.



Şahbuz Rayon Gənclər və İdman İdarəsi







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021