Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Şərur Rayon Gənclər və İdman İdarəsinin
2021-ci ilin aprel-iyun aylarında gördüyü işlər

      İlin II rübü ərzində məktəblilərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmə marağı artırmaq, eləcə də asudə vaxtlarının səmərəli təşkili məqsədilə rayon ümumtəhsil məktəblərinin komandaları arasında “Xəmsə” Milli İntellektual Oyunu keçirilib, yol hərəkəti qaydalarının təbliği ilə əlaqədar Şərur şəhər 2№li tam orta məktəbinin şagirdləri arasında maarifləndirici söhbət aparılıb. Vətənə sevgi, dövlətə sədaqət hisslərinin aşılanması, tarixi gerçəklilərin təbliği məqsədilə ümumtəhsil məktəblərinin şagirdləri üçün ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edilən “Dahi Şəxsiyyət” sənədli filmi, həmçinin Respublika Günü və Qurtuluş Günü ilə bağlı filmlər nümayiş etdirilib, 5 İyun - Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar yeniyetmə və gənclərin iştirakı ilə təmizlik aksiyası reallaşıb. Məktəblilərin tarixi-mədəni və turizm əhəmiyyətli məkanlara ekskursiyalarının davamı kimi Şərur şəhər 1 və 2 nömrəli tam orta məktəblərin şagirdləri rayon Tarix-Diyarşünaslıq Muzeyi ilə tanış olublar.

Gənc nəslin bədən tərbiyəsi və idmana cəlbi, onlar arasında bu sahəyə marağı daha da artırmaq, istedadlı idmançıları üzə çıxarmaq, eləcə də sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası məqsədilə atletikanın qaçış növü üzrə muxtar respublika açıq turniri, rayon birinciliyi, kross qaçışı birinciliyi, süni divara dırmanma üzrə zona yarışı, futbol, mini futbol və stolüstü tennis üzrə rayon birincilikləri təşkil olunub, voleybol, ağırlıqqaldırma və stolüstü tennis üzrə yoldaşlıq görüşləri keçirilib. “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi ilə mini futbol və voleybol üzrə yoldaşlıq görüşləri, velosiped yarışı və mini futbol üzrə rayon birinciliyi reallaşıb.

Rüb ərzində gənclərlə iş sahəsində 9, bədən tərbiyyəsi və idman sahəsində 15 tədbir keçirilib. Gənclər sahəsində keçirilən tədbirlərdə 199 idman sahəsində isə 516 nəfər iştirak edib.



Şərur Rayon Gənclər və İdman İdarəsi







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021