Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













“KÖNÜLLÜ OL” LAYİHƏSİ HAQQINDA MƏLUMAT

Muxtar respublikada Gənclər və İdman Nazirliyi və digər dövlət orqanları tərəfindən keçirilən tədbirlərdə gənclərin könüllülük fəaliyətinin təmin olunması, könüllü gənclərin bir layihə ətrafında toplanması, asudə vaxtlarının səmərəli təşkil olunması, muxtar respublikanın ictimai həyatında fəallıqlarının təmin edilməsi və sosial şəbəkələrdə könüllü gənclər tərəfindən muxtar respublikanın turzim məkanlarının, tarixi abidələrinin tanıdılması məqsədilə “KÖNÜLLÜ OL” layihəsinə start verilmişdir.

Könüllü olmaq istəyən gənclər Gənclər və İdman Nazirliyinin www.naxgin.az saytında layihə üçün nəzərdə tutulmuş “Könüllü ol” bölməsində yerləşdirilmiş qeydiyyat linkindən qeydiyyatdan keçə, həmçinin sosial şəbəkələrdə yaradılmış qruplar vasitəsi ilə keçiriləcək tədbirlər haqqında məlumat ala bilərlər.

Layihə çərçivəsində Nazirlik tərəfindən könüllü gənclərə könüllülük vəsiqəsi təqdim olunacaq, tədbirlərdə fəal iştirak edən gənclərə Nazirliyin tabeliyində olan idman obyektlərində, Naxçıvan şəhərində fəaliyyət göstərən kafe, restoran, iaşə xidmətləri, mağazalar və kitab dükanlarında istifadə etmək üçün endirim kartları veriləcəkdir. Qeyd edək ki, yeni seçilmiş könüllülərə təlimlərin keçirilməsi nəzərdə tutulur.

Könüllü gənclərimiz aşağıdakı obyektlərdən endirim əldə edəcəkdirlər. Bunlarla yanaşı muxtar respublikada fəaliyyət göstərən digər obyektlərdə də endirimlərin həyata keçirilməsi nəzərdə tutulur.

1. “Zirvə” kitab evi- 20%
2. “Optimal Qrup” MMC hazırlıq kursları-15%
3. “Koton” geyim mağazası-10%
4. “Zümrüd” kafe – 10%
5. Duzdağ “Kartinq” -50% 6. “Rodi” geyim mağazası- 20 %
7. Duzdağ otel “Sauna Mərkəzi”- 50%
8. İ. Əliyev adına Olimpiya İdman Kompleksi- 50%
9. Təbriz otel “Ponarama” restoranı- 10%
10. Təbriz otel “Spa Mərkəzi”- 20%
11. Duzdağ otel “Sport Salonu” – 50%
12. “İnci” Dəftərxana ləvazimatları-20%
13. Üzgüçülük Mərkəzi- 50%
14. Şərur Olimpiya İdman Kompleksi- 50%












Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2019