Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Yeni hakimlik kursuna qeydiyyat başlayır

      Muxtar respublikada futbol hakimliyinin inkişafı və potensialların artırılması məqsədi ilə yeni hakimlik kursu fəaliyyətə başlayacaq. Qeydiyyatdan keçmək üçün nff.az saytındakı keçid linkinə daxil olun. Daha sonra isə anket nümunəsini tamamlayaraq göstərilən elektron ünvanına göndərmək lazımdır.

Qeydiyyat

Tədris prosesində Azərbaycan Futbol Federasiyaları Assosiasiyası Hakimlər Komitəsinin təcrübəli mütəxəssisləri iştirak edəcək. Naxçıvan Futbol Federasiyasının təşkilatçılığı ilə reallaşacaq kursları uğurla başa vuranlar sertifikat və hakimlik nişanları ilə təmin olunacaqlar.

Məlumat üçün bildirək ki, NFF-nin ötən ildən etibarən keçirdiyi hakimlik kurslarının nəticəsi olaraq 30-a yaxın gəncin bu sahədə fəaliyyəti təmin olunub. Region Liqası, Naxçıvan Futzal Liqası, "Naxçıvan Kuboku-95" beynəlxalq turniri və digər yarışlarda müxtəlif təyinatlar almaqla oyunlarda ədaləti təmsil etmək imkanı qazandılar. Ötən dövrdə hakimlərimiz lazımi inventarlarla təchiz edilib və aylıq məvaciblə qiymətləndiriliblər.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
01.07.2020







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020