Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Muxtar Respublika birinciliyi keçirilib

      Gənclər arasında speleoturizm üzrə muxtar respublika birinciliyi keçirilib. Naxçıvan MR Gənclər və İdman Nazirliyi ilə Hava və Ekstremal İdman Növləri Federasiyasının birgə təşkil etdiyi yarışda ilk mərhələnin qalibləri - şəhər və rayon birinciliklərində fərqlənən 24 idmançı mübarizə aparıb. İştirakçılar yarışın reqlamentinə uyğun olaraq Şahbuz Dövlət Təbiət Qoruğundan Fərhad Evinədək 4500 metrlik məsafə qət ediblər. Muxtar respublikada hava va ekstremal idman növlərinin tanıdılması, inkişaf etdirilməsi və bu sahədə kütləviliyin təmin olunması məqsədilə keçirilən yarışın yekun nəticələrinə əsasən Əmrah Nağıyev birinci pillədə qərarlaşıb. Miryusif Seyidov 2-ci, Ənnağı Əsgərov isə 3-cü olub.

İlk üçlükdə qərarlaşanlara diplom və hədiyyələr verilib.



Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
02.04.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020