Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Daha bir “Yay Məktəbi” başa çatmışdır

      30 iyul-2 avqust 2019-cu il tarixlərdə “Ağbulaq” İstirahət Mərkəzində Naxçıvan Dövlət Texniki Kolleci tələbələrinin iştirakı ilə təşkil olunmuş “Yay Məktəbi” başa çatmışdır.

“Yay Məktəbi”nin hazırlanmış Proqramına uyğun olaraq hər günə səhər gimnastikası ilə başlayan gənclər “Yay Məktəbi” müddətində “Vətəni tanı”, “Axtar tap”, “Xəmsə” Milli İntellektual Oyunları, müxtəlif stolüstü idman oyunları, futbol, voleybol oynamış, həmçinin onların Ağbulaq kəndi ərazisinə gəzintisi təşkil olunmuş, foto müsabiqə keçirilmiş, hər günün sonunda isə onlar üçün vətənpərvərlik mövzusunda filmlər nümayiş olunmuşdur. Həmçinin gənclər tərəfindən müxtəlif əyləncəli oyunlar və səhnəciklər təşkil olunmuşdur. Qeyd edək ki, gənclər gündə üç dəfə milli mətbəximizin nemətləri ilə qidalanmış, gündə iki dəfə isə onlara şirniyyat ilə çay süfrəsi təşkil olunmuşdur. “Yay Məktəbi”nin sonuncu günündə gənclər arasında keçirilən müsabiqə və oyunların qaliblərinə, həmçinin “Yay Məktəbi”ndə fəal iştirak edən gənclərə Gənclər və İdman Nazirliyinin fəxri fərmanları təqdim olunmuşdur.

60 nəfərə yaxın gəncin iştirak etdiyi “Yay Məktəbi” Bilik Fondunun, Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun, Yeni Azərbaycan Partiyası Naxçıvan MR Təşkilatının İcra Katibliyinin və Həmkarlar İttifaqları Şurasının birgə təşkilatçılığı ilə keçirilmişdir.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
02.08.2019







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2019