Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Gənclər və İdman Nazirliyində “2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələr”lə bağlı iclas keçirilib

      Tədbirdə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi Aparatının kollektivi, tabeliyində və strukturuna daxil olan idarə, müəssisə və obyektlərin rəhbərləri və əməkdaşları iştirak ediblər.

Gənclər və idman naziri Ramil Hacı avqust ayının 28-i “Naxçıvan Muxtar Respublikasında 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələr” mövzusunda keçirilən müşavirəni xatırladaraq, nazirliyin qarşısına qoyulan tapşırıqları diqqətə çatdırıb: “Müşavirədə verilən tapşırıqlara əsasən, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən bütün idman müəssisələrinin payız-qış aylarında davamlı fəaliyyəti təmin edilməlidir.” Nazir deyib ki, buna görə də idman müəssisələrinin fasiləsiz fəaliyyətinin təmin olunması, elektrik enerjisi və təbii qazdan qənaətlə istifadə edilməsi, israfçılığa yol verilməməsi, istifadə olunan qazın və enerjinin dəyərlərinin vaxtında ödənilməsi daim diqqətdə saxlanılmalıdır. Payız-qış mövsümündə mədəni-kütləvi və idman tədbirlərinin dayanıqlı keçirilməsi təmin olunmalıdır. Bu baxımdan gənclər və idman idarələri, idman müəssisələri, idman obyektləri və olimpiya idman komplekslərinin, o cümlədən uşaq-gənclər idman məktəbinin üzərinə bir sıra mühüm vəzifələr düşür.

Ramil Hacı bildirib ki, idman müəssisələrində yoluxucu xəstəliklərə qarşı mövcüd şəraitə uyğun dezinfeksiya işlərinin aparılması və idmançıların tibbi müayinədən keçirilməsi işləri nəzarətdə saxlanılmalı, təsərrüfathesablı idman müəssisələrində əldə olunmuş gəlirlərdən elektrik enerjisi və qaz xidməti haqlarının ödənilməsində istifadə olunmalı, bu istiqamətdə nöqsanların baş verməməsinə ciddi diqqət yetirilməli, payız-qış mövsümünə hazırlığın əsas məsələsi kimi nazirliyin, o cümlədən tabeliyində və strukturuna daxil olan təşkilatların yerləşdiyi inzibati binaların mühafizəsinə ciddi nəzarət olunmalı, gözətçilərə və ocaqçılara müvafiq təlimatlar verilməlidir. Gənclər və idman idarələri yeniyetmə və gənclərin payız-qış mövsümündə də idmanla müntəzəm məşğul olmaları, idman yarışlarında iştirak etmələri üçün yaradılmış şəraitdən düzgün istifadə etməli, bu dövr ərzində əlaqədar təşkilatlarla əməkdaşlıq möhkəmləndirilməli, tədbirlərə aidiyyəti təşkilatların nümayəndələri dəvət edilməlidir. Kütləvi informasiya vasitələri ilə əlaqələr daim diqqət mərkəzində olmalı, keçirilən bütün tədbirlərin televiziya, qəzet və sosial şəbəkələrdə işıqlandırılması təmin edilməlidir.

İclasda Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov, Ordubad Rayon Gənclər və İdman İdarəsinin rəisi Hacı Sadiqov və Şərur Olimpiya İdman Kompleksinin direktoru Ramil Dadaşov aidiyyəti üzrə payız-qış mövsümünə hazırlıqla bağlı görülən işlər barədə danışıb, mövcud nöqsanların aradan qaldırılması istiqamətində atılan addımlar barədə məlumat veriblər.

İclasın sonunda müvafiq tapşırıqlar əsasında hazırlanan qərar layihəsi səsə qoyulub və yekdilliklə qəbul olunub.

Nazir qarşıya qoyulan vəzifələrin icrasında iclas iştirakçılarına uğurlar arzulayıb.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
02.09.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021