Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













"C" kateqoriyalı məşqçilik kursunda sonuncu mərhələyə yekunlaşmaq üzrədir

      "C" kateqoriyalı məşqçilik kursunda sonuncu mərhələyə yekunlaşmaq üzrədir.

Bu günlərdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA), Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı ilə məşqçilik kursunun üçüncü mərhələsi başlayıb. Şərur Olimpiya İdman Kompleksində keçirilən təlimlərdə AFFA-nın maarifləndirmə şöbəsindən veteran futbolçu Arif Əsədov, təlimatçılardan İlkin Hüseynov və İlham Əzizzadənin iştirak edir.

Kursa muxtar respublikanın müxtəlif bölgələrindən 15 məşqçi qatılıb. Kompleksin mehmanxanasında məskunlaşan məşqçilər gün ərzində 2 dəfə nəzəri və praktiki məşğələlərdə iştirak edirlər. Bu mərhələdə iştirakçılar mütəxəssislərin müşayiəti ilə bərabər sərbəst şəkildə aşağı yaş qrupları – 10-12 yaşlılardan ibarət qruplarda məşq keçməyə çalışırlar.

Kursa martın 5-də yekun vurulacaq. Məşqçilərdən praktiki, şifahi və yazılı imtahan götürüləcək. İmtahanı uğurla tamamlayan iştirakçılara “C” kateqoriyalı məşqçi lisenziyası veriləcək.

Emil Səmədov



Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
03.03.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020