Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Bakı çempionatı keçirilmişdir

      1-2 fevral 2020-ci il tarixlərdə Hövsan Olimpiya İdman Kompleksində MMA, Pankration və Grappling idman növləri üzrə uşaq, yeniyetmə, gənc, böyük və qızlar arasında açıq Bakı çempionatı keçirilmişdir.

Çempionatda Naxçıvan Muxtar Respublikası Kikboksinq Federasiyasının idmançıları iştirak edərək adlarını qaliblər sırasına yazdırmışlar. Belə ki, MMA, Pankration üzrə 10-11 yaş qrupunda Abdullayeva Röya 34 kq çəki dərəcəsində, Məmmədli Oğuz 30 kq çəki dərəcəsində I, Abbaslı Səid 30 kq çəki dərəcəsində II, 14-15 yaş qrupunda Çalbuyuk Uğur 38 kq çəki dərəcəsində I, Grappling üzrə 12-13 yaş qrupunda Abdullayeva Röya 35 kq çəki dərəcəsində I, Kərimov Sadiq 30 kq çəki dərəcəsində, Əlizadə İbrahim 38 kq çəki dərəcəsində I, 10-11 yaş qrupunda Abbaslı Səid 30 kq çəki dərəcəsində I, 14-15 yaş qrupunda Orucov Vaqif 47 kq çəki dərəcəsində I, Seyidov Mirməhəmməd 59 kq çəki dərəcəsində II, 16-17 yaş qrupunda Məhərrəmov Fərid 63 kq çəki dərəcəsində I, Seyidbəyli Miryusif 57 kq çəki dərəcəsində III yerin sahibi olmuşlar.

İdmançılarımızı təbrik edir, uğurlarının daimi olmasını arzulayırıq.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
04.02.2020







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020