Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













İntellektual Oyunlar Olimpiadası keçirilmişdir

      4 fevral 2020-ci il tarıxdə Gənclik Mərkəzində yeniyetmələr arasında "İntellektual Oyunlar Olimpiadası"nın Naxçıvan şəhər mərhələsi keçirilmişdir.

Olimpiadanın keçirilməsinin məqsədi yeniyetmələrin intellektual fəaliyyətə cəlb edilməsi, onların bu sahədə bilik və bacarıqlarının artırılması, intellektual səviyyələrinin, dünyagörüşlərinin, zehni inkişaflarının stimullaşdırılması, onlar arasında bilik və elmin nüfuzunun artırılması, asudə vaxtlarının səmərəli təşkil edilməsidir. Yarışlar başlamazdan əvvəl Gənclər və İdman Nazirliyinin əməkdaşı Valeh Mahmudov çıxış edərək oyunun mahiyyəti haqqında iştirakçılara məlumat vermiş və onlara uğurlar arzulamışdır. Olimpiada çərçivəsində 3 intellektual oyun-“Xəmsə” , “Vətəni tanı” və "Poliqon" intellekt oyunları vahid turnir şəkilində keçirilmişdir. Sonda “Poliqon” Starteji İntellekt Oyununda "Araz" komandası I yerə, "Qarabağ" komandası II yerə, "Gəmiqaya" komandası III yerə , “Vətəni tanı” İntellektual Oyununda “Naxçıvan” komandası I yerə, “Odlar Yurdu” komandası II yerə, “Günnüt” komandası III yerə, “Xəmsə” Milli İntellektual Oyununda “Altay” komandası I yerə, “Qarabağ” komandası II yerə, “Zirvə” komandası III yerə çıxmışlar. Qalib komandalara təşkilatçılar tərəfindən diplom, komanda üzvlərinə isə fəxri fərmanlar və oxunması zəruri olan kitablar təqdim olunmuşdur. Qeyd edək ki, qalib komandalar may ayında təşkil olunacaq "İntellektual Oyunlar Olmpiadası"nın muxtar respublika birinciliyində Naxçıvan şəhərini təmsil edəcəklər.

100-dən çox yeniyetmənin iştirak etdiyi Olimpiada Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyinin, Yeni Azərbaycan Partiyası Heydər Əliyev adına Gənclər Birliyinin və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilmişdir.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
04.02.2020







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020