Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl
təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev

















“Bu Naxçıvandır” adlı fərdi sərgi təşkil olunmuşdur

      Bu gün Bəhruz Kəngərli adına Sərgi Salonunda fəal gənc, fotoqraf, memar Anar Sadiqovun Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyi ilə əlaqədar fotolar və memarlıq işlərindən ibarət “Bu Naxçıvandır” adlı fərdi sərgisi təşkil olunmuşdur.

Əvvəlcə muxtar respublikada həyata keçirilən gənclər siyasəti haqqında məlumat verilərək bildirilmişdir ki, bu gün müxtəlif sahələrdə fərqlənən istedadlı gənclərin qabiliyyəti muxtar respublika rəhbərliyi tərəfindən daim yüksək qiymətləndirilir, onlar fəxri adlarla, qiymətli hədiyyələrlə mükafatlandırılırlar. Gənclərə göstərilən bu qayğı onların öz istedadları üzərində daha səylə çalışmalarına, qabiliyyətlərinin səmərəli istifadə olunmasına güclü təkan verir. Muxtar respublikada gənclərin bütün sahələrdə irəli çəkilməsi, istedadlı gənclərin üzə çıxarılması, muxtar respublika gənclərinin intellektual səviyyələrinin artırılması, asudə vaxtlarının səmərəli təşkil olunması, vətənpərvər ruhda tərbiyə olunması, beynəlxalq əhəmiyyətli tədbirlərdə yaxından iştirak etməsi, cəmiyyətin və dövlətin idarə olunmasında birbaşa səlahiyyətli olması məsələlərində muxtar respublika rəhbərliyi bütün imkanlarını səfərbər edir. Gənclər də onlara göstərilən qayğıya cavab olaraq, özlərini cəmiyyətin ən layiqli təbəqəsi kimi formalaşdırmağa, dövlətçiliyimizin möhkəmləndirilməsi və ölkəmizin inkişafında potensial imkanlarını səfərbər etməyə çalışırlar. Təşkil olunmuş bu sərgi də bir daha gənclərə göstərilən diqqət və qayğıdan xəbər verir. Daha sonra Rəssamlar Birliyinin əməkdaşı, sənətşünas Nizami Alıyev, Gənclər və İdman Nazirliyinin şöbə müdiri Tahir Məmmədli, Naxçıvan Dövlət Universitetinin müəllimləri Gülnarə Qəmbərova, Sevinc Abbasova, Rəssamlar Birliyinin üzvü Həmzə Sadiqov çıxış edərək Anar Sadiqovun yaradıcılq qabiliyyəti, onun fəal gənc kimi fəaliyyəti haqqında məlumat vermiş, Anara gələcək fəaliyyətində uğurlar arzulamışlar. Sonda Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyi ilə əlaqədar fotolar və memarlıq işlərindən ibarət təşkil olunmuş fərdi sərgisi münasibətilə, həmçinin keçirilən tədbirlərdə fəal iştirakına görə Anar Sadiqova Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən hazırlanmış Fəxri fərman təqdim olunmuşdur. Sərgidə muxtar respublikada həyata keçirilən quruculuq işlərini, turizm məkanlarını, tarixi abidələri və digər mövzuları özündə əks etdirən 95 ədəd foto və memarlıq işi sərgilənmişdir.

Sərgi Gənclər və İdman Nazirliyinin, Rəssamlar Birliyinin və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilmişdir.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
04.06.2019







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2019