Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Könüllü gənclərlə görüş keçirilmişdir

      4 dekabr 2020-ci il tarixdə “5 dekabr-Beynəlxalq Könüllülər Günü” ilə əlaqədar “Görüş yeri” kafesində könüllü gənclərlə görüş keçirilmişdir. Əvvəlcə Gənclər və İdman Nazirliyinin əməkdaşı Valeh Mahmudov gəncləri “5 dekabr-Beynəlxalq Könüllülər Günü” münasibətilə təbrik edərək bildirmişdir ki, Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 1985-ci il 17 dekabr tarixli qətnaməsi ilə hər il dekabrın 5-i Beynəlxalq Könüllülər Günü kimi qeyd olunur. Könüllülük öz iradəsi və sərbəst seçimi əsasında heç bir maddi qazanca əsaslanmayan və cəmiyyətin rifahının daha da yaxşılaşdırılmasını qarşıya məqsəd qoyan sosial fəaliyyət istiqamətidir. XX əsrin ikinci yarısından etibarən könüllülük, həmrəylik, sosial məsuliyyət kimi ali dəyərlər sistemləşdirilərək dünyada kütləvi sosial fəaliyyətə çevrilib. Sevindirici haldır ki, son illər könüllülüyün sürətlə inkişaf etdiyi muxtar respublikamız könüllülük fəaliyyətinin təbliğində və inkişafında özünəməxsus rol oynayır. Azərbaycanın müstəqilliyin bərpasından sonra qazandığı uğurlarda, muxtar respublikamızın ictimai-siyası həyatında baş verən yeniliklər, uğurlar və inkişafda şübhəsiz ki, könüllü gənclərin də payı vardır. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında” 30 dekabr 2019-cu il tarixli Sərəncamı cari ildə ölkəmizdə, o cümlədən də muxtar respublikamızda könüllülük fəaliyyətinin daha da təkmilləşdirilməsinə, gənclərin bu sahəyə marağının daha da artmasına səbəb oldu. Son bir neçə ildə olduğu kimi, bu il də “5 dekabr-Beynəlxalq Könüllülər Günü” muxtar respublikamızda bir sıra tədbirlərin həyata keçirilməsi ilə qeyd olunmuşdur. Belə ki, Gənclər və İdman Nazirliyi tərəfindən “Könüllü Gənclər Həftəsi” təşkil olunmuş, könüllü gənclər arasında futzal üzrə birincilik, “Xəmsə” Milli İntellektual Oyunu keçirilmişdir.

Daha sonra il ərzində Nazirlik tərəfindən keçirilən tədbirlərdə fəal iştirak edən könüllü gənclər diplom və qiymətli hədiyyələrlə təltif olunmuşlar. Tədbir yemək süfrəsi ətrafında davam etmişdir.

20 nəfər könüllü gəncin iştirak etdiyi tədbir Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə təşkil olunmuşdur.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
04.12.2020







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020