Ümummilli liderin anadan olmasının 99-cu ildönümünə həsr olunan yarış İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilir. Oğlan və qızlar arasında qaliblərin müəyyən olunacağı çempionatda 22-si Bakı idmançısı olmaqla, ümumilikdə 250-ə yaxın karateçi medallar uğrunda mübarizə aparır. Yarışın əsasnaməsinə uyğun olaraq müxtəlif yaş və çəki kateqoriyalarında keçirilən görüşlər olimpiya sistemi üzrə tənzimlənir.
Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Karate-do Federasiyası tərəfindən birgə təşkil olunan yarış ümummili lider Heydər Əliyevin əziz xatirəsini yad etmək, idmançıların hazırlıq səviyyəsini yüksəltmək, onların sağlam, vətənpərvər və dövlətçiliyə bağlılıq ruhunda formalaşdırılmaq, məşqçi və hakimlərin, o cümlədən klubların işini təkmilləşdirmək və kütləviliyə nail olmaq məqsədilə keçirilir.
Çempionatın final görüşləri və mükafatlandırma mərasimi 7 may tarixinə planlaşdırılır.