Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Şərur gənclərinin Ordubad səfəri – muzeylərə ekskursiya

      “Naxçıvanı tanıyaq!” devizi ilə gerçəkləşən ənənəvi ekskursiyalar davam etdirilir.

Naxçıvan MR Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən ekskursiya çərçivəsində gənclər Qeysəriyyə Tarix-Diyarşünaslıq Muzeyi, Yusif Məmmədəliyev, Məhəmməd Tağı Sidqi və Məmməd Səid Ordubadinin ev-muzeylərini ziyarət edib, eləcə də XVIII-XIX əsrlərə hamam və XIX əsrə aid məbəddə olublar.

Ekskursiya başlanmazdan öncə nazirliyin əməkdaşı Azadə Əliyeva, Gənlər və idman idarəsinin rəisi Hacı Sadiqov və İcra Hakimiyyətinin əməkdaşı Əli Heydərov gənclərə layihənin məqsəd və əhəmiyyəti barədə fikirlər səsləndiriblər. Qeyd olunub ki, muxtar respublikanın tarixi-mədəni və turizm əhəmiyyətli məkanlarının tanıdılması, xalqımızın milli adət-ənənələrinin öyrənilməsi və gələcək nəsillərə ötürülməsi baxımından bu tipli gəzintilərin təşkili diqqətdə saxlanılır. Müasir dövrdə də öz füsunkarlığı ilə göz oxşayan qədim diyarın turizm potensialını gənclərə tanıtmaq və onların təbliğat işində yaxından iştirakına zəmin yaratmaq üçün müxtəlif layihələr icra olunur. Bir neçə ildir ki, “Naxçıvanı tanıyaq!” devizi ilə davamlı olaraq keçirilən ekskursiyalar da bu baxımdan faydalıdır.

Gənclər gəzinti zamanı tarixi abidələrlə bağlı ətraflı şəkildə məlumatlandırılıb, sosial şəbəkələrdə paylaşım məqsədilə fotolar, xatirə şəkilləri çəkiblər.

Xatırladaq ki, gənclər və idman naziri Ramil Hacının Şərur rayon gəncləri ilə keçirilmiş görüşü zamanı iştirakçıların fikir və təkliflərindən biri də digər rayon və şəhərlərə təşkil olunan ekskursiyalarda çoxluq təşkil etmək istəyi olub. Layihə digər rayonları da əhatə edir.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
06.05.2022







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2022