Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Karateçilərimizin Avropa çempionatında uğuru

      Karateçilərimiz Avropa çempionatından uğurlu nəticə ilə geri döndülər.

01-03 noyabr 2019-cu il tarixlərdə Makedoniyanın Skopiya şəhərində karate idman növü üzrə XI Avropa çempionatı keçirilmişdir. Çempionatda 20 Avropa ölkəsindən 1500 nəfər idmançı iştirak etmişdir.

Yarışda iştirak edən idmançılar 3 kateqoriya üzrə (WKF, Şobu Nihon və Şobu Sanbon) mübarizə aparmışlar. Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyası idmançıları da bu çempionatda iştirak etmişlər. 7 idmançı 1 məşqçi müəllimlə yarışa qatılan komandamız 18 medalla (5 qızıl, 2 gümüş, 11 bürünc) vətənə qayıdıblar. Belə ki, Hüseynli Rafiq Anar oğlu 8-9 yaş qrupunda şəxsi döyüş üzrə 3 qızıl, Seyidov Vüsal Mirşahin oğlu 14-15 yaş qrupunda şəxsi döyüş üzrə 2 qızıl, 1 gümüş, komanda üzrə 1 bürünc, İsmayılov Aslan Loğman oğlu 16-17 yaş qrupunda şəxsi döyüş üzrə 1 bürünc, komanda üzrə 1 bürünc, Məmmədov Sərcan Əfqan oğlu +18 yaş qrupunda şəxsi döyüş üzrə 2 bürünc, komanda üzrə 1 bürünc, Qasımov Rəşad Rövşən oğlu 16-17 yaş qrupunda şəxsi döyüş üzrə 1 gümüş, komanda üzrə 1 bürünc, Həsənli Nərgiz Elmar qızı 10-11 yaş qrupunda şəxsi döyüş üzrə 2 bürünc, Qəmbərov Yaqub Əhməd oğlu 10-11 yaş qrupunda şəxsi döyüş üzrə 2 bürünc medal qazanmışlar. Komanda hesabında isə Naxçıvan komandası III yerin sahibi olmuşdur.

İdmançılarımızı təbrik edir, onlara daha böyük uğurlar arzulayırıq.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
06.11.2019







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2019