Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













"AZE Nakhchivan SK" klubu qeydiyyata alındı


"AZE Nakhchivan SK" klubu Almaniyada rəsmi qeydiyyata alındı.

Alman-Azərbaycan Mədəniyyət Evinin icraçı direktoru, Dünya Azərbaycanlıları Assambleyasının prezidenti Rəşad Quliyev Dünya Azərbaycanlıları Assambleyasının futbol klubu olan "AZE Nakhchivan SK" (Köln) futbol klubu Almaniya Məhkəmə orqanı tərəfindən rəsmi qeydiyyata alınması barədə məlumat verib.

Klubun yaradılmasında əsas məqsəd peşəkar futbol klubu yaradaraq, Avropada Azərbaycanı layiqincə təmsil etməkdən ibarətdir. Klubun adının Naxçıvanla bağlı olmasının əsas səbəbi blokadada olan, tarixi və coğrafi zənginlikləri ilə bilinən Azərbaycanın qədim diyarı Naxçıvan Muxtar Respublikasının Avropada tanıdılmasıdır. Futbol mütəxəssisi Aydın Karaca “AZE Nakhchivan” SK futbol klubunun rəhbəri, Serdar Demir klubun icraçı direktoru, Nana İzak klubun rəhbərinin müavini, Erkan Çelik maliyyə məsələlərindən məsul şəxs, "Araz Naxçıvan" futbol klubunun icraçı direktoru Ceyhun Məmmədov Azərbaycan üzrə əlaqələndirici seçilib. Klubun artıq 1 yaşıl, 4 mini meydançası, futbolçuların asudə vaxtlarını keçirmələri üçün hər cür imkanlarla təmin olunmuş geniş kafe-bar, 4 soyunma otağı fəaliyyət göstərir.

Qeyd edək ki, "AZE Nakhchivan SK" klubu 2017-ci il sentyabrın 12-də Almaniyanın Köln şəhərində təsis edildiyi zaman Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinə müraciət edilmiş, klub tərəfimizdən Naxçıvan Muxtar Respublikası haqda elmi və bədii kitablarla təmin olunmuşdur.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
06.11.2019







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2019