Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













İntellektual Oyun keçirilmişdir

      6 noyabr 2019-cu il tarixdə Kəngərli rayon Şahmat məktəbində Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyi ilə əlaqədar yeniyetmələr arasında oxunması zəruri olan kitablar əsasında “Nə? Harada? Nə zaman?” İntellektual Oyununun Kəngərli rayon birinciliyi keçirilmişdir. Oyun başlamazdan əvvəl Gənclər və İdman Nazirliyinin əməkdaşı Valeh Mahmudov çıxış edərək oyunun keçirilməsində məqsədin oxunması zəruri olan kitabların gənclər və yeniyetmələr arasında təbliğinə nail olunması, muxtar respublikada yeniyetmə və gənclərin intellektual fəaliyyətə cəlb edilməsi, onların intellektual səviyyəsinin, dünyagörüşünün, zehni inkişafının stimullaşdırılması və asudə vaxtlarının səmərəli təşkil edilməsi olduğunu bildirmişdir.

“Nə? Harada? Nə zaman?” İntellektual Oyunu 2 turdan ibarət olmaqla, hər turda 12 sual səsləndirilmişdir. Suallar Gi de Mopassanın “Gonbul”, Ernest Heminqueyin “Qoca və dəniz”, Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə”, Şamil Cəmşidin “Dədə Qorqud dastanları” və “Təmsillər” kitabları əsasında hazırlanmışdır. Sonda daha çox suala düzgün cavab verən komandalar qalib hesab olunmuşlar.

İntellektual oyunda Qarabağlar kənd 2 №-li tam orta məktəbin “Qalaktika” komandası I yerə, Yurdçu kənd tam orta məktəbin “Yurd” komandası II yerə, Qarabağlar kənd 1 №-li tam orta məktəbin “Qafqaz” komandası III yerə çıxmışdır. Sonda qaliblərə Gənclər və İdman Nazirliyi tərəfindən diplom, fəxri fərman və oxunması zəruri olan kitablar təqdim edilmişdir.

Gənclər və İdman, Təhsil nazirliklərinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin, “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən birincilikdə 40 nəfər yeniyetmə iştirak etmişdir.

Qeyd edək ki, rayon və şəhər birinciliklərində I yerə çıxmış komandalar “Nə? Harada? Nə zaman?” İntellektual Oyununun dekabr ayında keçiriləcək muxtar respublika birinciliyində iştirak edəcəklər.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
06.11.2019







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2019