Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Naxçıvan şahmatının ən güclüləri yenidən bir arada!

      Ötən il ölkə şahmat ictimaiyyətində böyük maraqla qarşılanan "Naxçıvan Premium Turnir" bu il ikinci mövsümlə yeni mübarizəyə səhnə olacaq. 14-25 yanvar tarixlərini əhatə edəcək turnirin əsas mərhələsində 2021-ci ilin dekabrında keçirilən seçmə mərhələ yarışını adlayan şahmatçılar və ötən mövsümün ilk üçlüyü - Qrossmeyster Urfan Sevdimalıyev, Beynəlxalq ustalar Pərviz Qasımov və Toğrul Həsənzadə qələbə uğrunda mübarizə aparacaqlar.

Dairəvi sistem üzrə 11 turdan ibarət yarışda oyun vaxtı 90 dəqiqə + hər gedişə 30 saniyə olmaqla təyin edilib. Turnir cədvəlində xallar bərabər olduğu təqdirdə, "Berqer əmsalı", şəxsi görüşlərin nəticəsi və qələbələrin sayı əsas götürüləcək. Turnirdəki sıralamadan asılı olaraq iştirakçıların hər birinə pul mükafatı təqdim olunacaq.

Yarış müddətində iştirakçılar Naxçıvan Şahmat Federasiyasının dəstəyi ilə "Təbriz" mehmanxanasında məskunlaşacaqlar. Oyunlar isə Naxçıvan şəhərindəki Gənclik Mərkəzində reallaşacaq.

Xatırladaq ki, ilk dəfə təşkil olunan "Naxçıvan Premium Turnir"in qalibi Urfan Sevdimalıyev olmuşdu.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
07.01.2022







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021