Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Muzeylərə növbəti ekskursiyaları təşkil olunmuşdur

      7 fevral 2020-ci il tarixdə muxtar respublikada fəaliyyət göstərən idman federasiyaları idmançıları və məşqçi müəllimlərinin muzeylərə növbəti ekskursiyaları təşkil olunmuşdur.

Belə ki, Futbol Federasiyasının idmançıları Heydər Əliyev Muzeyində, Yüngül Atletika Federasiyasının idmançıları Dövlət Bayrağı Muzeyində, Karate-do Federasiyasının idmançıları Naxçıvan Dövlət Tarix Muzeyində, Voleybol Federasiyasının idmançıları isə Ədəbiyyat Muzeyində olmuş, buradakı eksponatlarla tanış olub, bələdçilər tərəfindən onları maraqlandıran suallara cavab almışlar.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
07.02.2020







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020