Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













“Xəmsə” Milli İntellektual Oyunu keçirilmişdir

      6 mart 2020-ci il tarixdə “Gənclər Mərkəzi”ndə “8 mart-Beynəlxalq Qadınlar Günü” ilə əlaqədar Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan qızlar arasında “Xəmsə” Milli İntellektual Oyunu keçirilmişdir.

Oyunun keçirilməsinin məqsədi “8 mart Beynəlxalq Qadınlar Günü”nün qeyd olunması, gənclərin intellektual səviyyəsinin, dünyagörüşünün, zehni inkişafının stimullaşdırılması, onlar arasında bilik və elmin nüfuzunun artırılması, eləcə də asudə vaxtlarının səmərəli təşkil edilməsidir. Əvvəlcə Gənclər və İdman Nazirliyinin şöbə müdiri Ayaz Cabbarov çıxış edərək tədbirin mahiyyəti haqqında məlumat vermiş, iştirakçı komandalara uğurlar arzulamış və xanımları “8 mart-Beynəlxalq Qadınlar Günü” münasibətilə təbrik etmişdir. Oyunda ali və orta ixtisas təhsili müəssisələrinin qızlardan ibarət 6 komanda iştirak etmiş, oyun 2 yarımfinal və final mərhələsindən ibarət olmuşdur. Hər mərhələdə ən yüksək xal yığaraq birinci və ikinci yerlərə çıxmış komandalar finala vəsiqə qazanmışlar. Belə ki, “Qızlar”, “Zirvə”, “İnci” və “İdeal” komandaları finalda mübarizə aparmışlar. Sonda Naxçıvan Dövlət Universitetinin “Qızlar” komandası oyunun qalibi adını qazanmışdır. Naxçıvan Müəllimlər İnstitutunun “İdeal” və Naxçıvan Tibb Kollecinin “İnci” komandaları müvafiq olaraq II və III yerə çıxmışlar. Qalib gələn komandalara, eyni zamanda oyunda iştirak edən digər iştirakçılara diplom, fəxri fərman, gül dəstələri və qiymətli hədiyyələr təqdim olunmuşdur.

30 nəfər gəncin iştirak etdiyi intellektual oyun Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun, Yeni Azərbaycan Partiyası Heydər Əliyev adına Gənclər Birliyinin və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilmişdir.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
07.03.2020







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020