Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Mükafatlandırma mərasimi keçirilmişdir

      Bu gün "Təbriz" Otelinin mərasim zalında "8 mart - Beynəlxalq Qadınlar Günü" ilə əlaqədar muxtar respublikanın ictimai həyatında fərqlənən qadınların mükafatlandırma mərasimi keçirilmişdir.

Tədbirdə Gənclər və İdman naziri Azad Cabbarov, Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev və Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatının aparıcı təlimatçısı Kərimova Türkanə çıxış edərək muxtar respublikada qadınlar sahəsində həyata keçirilən dövlət siyasəti haqqında məlumat vermiş və xanımları bayram münasibətilə təbrik etmişlər. Tədbirdə müxtəlif sahələr də fərqlənən 80 nəfər xanıma mükafatlar təqdim olunmuşdur.

Tədbir Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilmişdir.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
07.03.2020







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020