Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













“Nizami dünyası” adlı teatr müsabiqəsi davam edir

      Azərbaycan ədəbiyyatında silinməz izlər buraxan dahi şair Nizami Gəncəvinin 880 illiyi münasibətilə bu il “Nizami ili” olaraq qeyd olunur. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən bu il ərzində gənclərə Nizami dünyasının daha yaxından tanıdılması məqsədilə artıq bir çox tədbirlər həyata keçirilmişdir. O tədbirlərin davamı olaraq muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin teatr studiyaları arasında “Nizami dünyası” adlı teatr müsabiqəsi layihəsi hazırlanaraq həyata keçirilir. “Nizami ili”nin qeyd olunması, şairin əsərlərində qeyd olunan insan səadəti, mənəvi yüksəklik, mənalı ömür, azad və ədalətli cəmiyyət kimi əhəmiyyətli ideyaların gənclərə təbliğ edilməsi, tələbə gənclərin asudə vaxtlarının səmərəli təşkili, gənclərin öz yaradıcılıq qabiliyyətlərini nümayiş etdirmələrinə şərait yaradılması, istedadlı gənclərin üzə çıxarılması məqəsdilə təşkil olunmuş müsabiqəyə mart ayında Naxçıvan Dövlət Universitetinin teatr studiyasının hazırladığı “Xeyir və Şər” tamaşası ilə start verilmişdir.

Bu gün isə müsabiqənin növbəti iştirakçısı “Naxçıvan” Universiteti “Xeyir və Şər” tamaşası ilə münsiflər heyətinin qarşısına çıxmışdır. Münsiflər heyəti tərəfindən səhnə əsərinin aktyor ifası, rejissor şərhi, musiqi tərtibatı, ifaçıların səhnə mədəniyyəti meyarları üzrə gənclər qiymətləndirilmişdir. Qeyd edək ki, müsabiqə çərçivəsində növbəti tamaşa Naxçıvan Dövlət Texniki Kollecinin hazırladığı tamaşa olacaq.



Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
07.04.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020