Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Süni divara dırmanma üzrə muxtar respublika birinciliyi keçirilib

      Ümumilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan süni divara dırmanma üzrə muxtar respublika birinciliyi keçirilib.

Ulu öndərin əziz xatirəsinin yad edilməsi, məktəblilərin bədən tərbiyəsi və idmana marağının daha da yüksəldilməsi, hava və ekstremal idman növlərinin təbliği və istedadlı idmançıların üzə çıxarılması məqsədilə keçirilən yarışda rayon (şəhər) mərhələlərində müvəffəqiyyət qazanan 24 idmançı iştirak edib.

Birincilik başlanmazdan öncə Gənclər və İdman Nazirliyinin şöbə müdiri Taleh İbrahimovla Hava və Ekstremal İdman Növləri Federasiyasının sədr müavini Azər Məmmədov birinciliyin keçirilmə məqsədi və əhəmiyyətindən bəhs edib, iştirakçılara uğurlar arzulayıblar. İdmançılar təhlükəsizlik təlimatları ilə tanış olduqdan sonra mübarizəyə start verilib. Onlar 16 metr hündürlüyündəki süni divara dırmanmağa çalışıblar. Nəticələrə gəlincə, Culfa rayonunu təmsil edən Cəfər Məmmədli ən yaxşı göstərici ilə muxtar respublika birincisi olub. Komanda yoldaşı Müslüm Möhsünov isə ikinci sırada qərarlaşıb. Şərur təmsilçisi Fərid Abdullayev isə üçüncü olub.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Naxçıvan MR Hava və Ekstremal İdman Növləri Federasiyasının birgə təşkil etdiyi yarışın sonunda ilk üçlükdə qərarlaşan idmançılara diplom, kubok və fəxri fərmanlar təqdim edilib. Bundan əlavə, fərqlənən iştirakçılar da təltif ediliblər.



Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
07.05.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020