Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl
təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev

















Gənclərin muzeylərə ekskursiyası təşkil olunmuşdur

      7 avqust 2019-cu il tarixdə "12 avqust Beynəlxalq gənclər günü" nün qeyd olunması, gənclərin asudə vaxtının səmərəli təşkili, gənclərin tarixi abidələr və muzeylərlə daha yaxından tanış olması, tariximizin unudulmaması və gələcək nəsillərə çatdırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər Fondu və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi tərəfindən gənclərin muzeylərə ekskursiyası təşkil olunmuşdur.

Ekskursiya iştirakçıları Heydər Əliyev Muzeyində, Döyüş Şöhrəti və Tarix Muzeylərində olmuş və orada nümayiş olunan eksponatlarla yaxından tanış olmuşlar.

Gəzintidə 45 nəfər gənc iştirak etmişdir.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
07.08.2019







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2019