Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Futbol Federasiyasının xarici əməkdaşlıq strategiyasında
yeni mərhələ!

      5 illik inkişaf proqramı ilə yeni mərhələyə qədəm qoyan Naxçıvan Futbol Federasiyası (NFF) göstərilən dəstək və etimad nəticəsində Naxçıvanın futbol həyatındakı ən böyük layihəsini gerçəkləşdirməkdədir. Bu baxımdan NFF-nin təlim-məşq kompleksi planın əsas hərəkətverici bazası rolunu oynayır.

Beynəlxalq təcrübədən faydalanmaq üçün bu istiqamətdə işlər davam etdirilir. Federasiya nümayandələri bu məqsədlə Türkiyə Cumhuriyyətinin Mərsin şəhərində olublar. “PLP qrup CKİnşaat” nümayəndələri ilə görüşən təmsilçilərimiz kompleksin inşaatına fayda verəcək məsələlərlə bağlı razılıq əldə ediblər. Belə ki, inşa ediləcək stadionların süni ot örtükləri, eyni zamanda oturacaqları qonşu ölkədən gətiriləcək. Beynəlxalq standartlara cavab verəcək stadionun ətrafı xüsusi lampalarla işıqlandırılacaq. Bununla bağlı türkiyəli mütəxəssislər muxtar respublikamıza təşrif buyuracaq və inşa ediləcək stadionların yerləri tam hazır olduqdan sonra süni ot örtüyünün düzülüşünə başlanılacaq.

Naxçıvan Futbol Federasiyasının nümayəndələri Mersin şəhərində həmçinin, İtaliyanın “İnter” futbol klubunun akademiyasında olublar. Akademiyada gedən məşqləri izləyən federasiya rəsmiləri klubun Türkiyə nümayəndə heyətinin rəhbəri Hüseyn Kılavuzla da görüşüblər. Görüş zamanı gələcək işlər barədə fikir mübadiləsi aparılıb və dünyanın məşhur klubunun akademiyasının muxtar respublikamızda da nümayəndəliyinin açılması məsələsi müzakirə edilib.

Türkiyə səfəri çərçivəsində NFF nümayəndələri Mersin şəhərinin klubları ilə də görüşlər keçirib. Gələcəkdə Naxçıvan və Mersin şəhərlərinin komandaları arasında təşkil olunacaq futbol görüşləri, eləcə də uşaq futbolu ilə bağlı məsələlər təhlil edilib. Qarşıdakı aylarda Mersin şəhərinin futbol qurumları ilə NFF arasında dostluq müqaviləsinin imzalanması da nəzərdə tutulub.

Muxtar respublikamızda futbol hakimliyinin inkişaf ietdirilməi məsələsi də gündəmdən kənar qalmayıb. Belə ki, səfər zamanı federasiya nümayəndələri uzun illər Türkiyənin FİFA referisi olmuş, hazırda Toroslar (Mersin) bələdiyyəsi idman şöbəsinin müdiri vəzifəsində çalışan Vedat Yüksəllə görüşüb. Görüş zamanı hakimlərin hazırkı vəziyyəti müzakirə edilib və türkiyəli hakimin muxtar respublikamızda gənc hakimlər üçün seminarlarda iştirakı təsdiqlənib.

Naxçıvan Futbol Federasiyası diyarımızda futbolun inkişafı, kütləviləşməsi və uşaq futbolunun geniş vüsət alması üçün qarşıdakı aylarda Türkiyənin, eləcə də dünyanın bir sıra futbol qurumları ilə müqavilə bağlanmasını nəzərdə tutub. Emil Səmədov


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
07.09.2020







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020