Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













"Marş İrəli" layihəsində 3-cü gün sona çatıb

      Hərbi simulyasiyalı layihənin düşərgəsində məskunlaşan gənclər Əlahiddə Ümumqoşun Ordunun zabitlərinin rəhbərliyi ilə saat 07:00-da səhər idmanına başlayıb, sıra hazırlığı məşğələsi və parada hazırlıqla bağlı məşq prososesində iştirak ediblər.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əlbəyaxa döyüş üzrə baş məşqçi-müəllimi, Əməkdar məşqçi Rəsul Məmmədov tərəfindən icra olunan “Əlbəyaxa döyüş” təlimi də iştirakçıların böyük marağına səbəb olub. Mütəxəssis özünümüdafiə xarakterli bu döyüş üslubunun əhəmiyyəti barədə danışıb, düşmən və ya hər hansı cinayətkar şəxslə təktbətək epizodlarda tədbiq oluna biləcək fəndləri nümayiş etdirib.

Əlahiddə Ümumqoşun Ordunun helikopter və qırıcı təyyarələrinin düşərgə üzərindəki uçuş manevrləri iştirakçılar üçün həyəcanlı və qürurverici anlar yaşadıb. Pilotlarımızın yüksək peşəkarlığı iştirakçılar tərəfindən alqış və dəstək şüarları ilə qarşılanıb.

Gənclər həmçinin, komanda şəklində “Axtar tap” İntellektual Oyununda iştirak ediblər. Daha sonra iştirakçılar Şahbuz rayonuna yola düşüblər. Onlar burada yerləşən N Saylı Hərbi Hissədə nahar edib, ön xətdə xidmət edən hərbi qulluqçular üçün yaradılmış şəraitlə tanış olublar. İştirakçılar müşahidə məntəqələrindən ordumuzun nəzarətində olan əraziləri izləyiblər. Layihə çərçivəsində Batabat gölü, Zorbulaq və Şahbuz Dövlət Təbiət Qoruğuna ekskursiyalar təşkil olunub. Şam yeməyininin ardınca "Milli azlıqlar, tolerantlıq" mövzusunda komanda təqdimatları olub. Bununla da layihənin 3 günü sona çatıb.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
07.09.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021