Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl
təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev

















Kikboksinq üzrə turnirə yekun vurulub

      Ümummilli lider Heydər Əliyev anadan olmasının 96-cı ildönümünə həsr olunmuş "Heydər Əliyev Kuboku" uğrunda yeniyetmələr və kadetlər arasında keçirilən kikboksinq üzrə Naxçıvan Muxtar Respublika açıq turnirinə yekun vurulub.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Kikboksinq Federasiyasının birgə təşkil etdiyi turnirdə İran İslam Respublikasının və Rusiya Federasiyasının komandalar ilə yanaşı, Bakı şəhəri, "Neftçi,, "Teyd", "Qarabağ", "Zirvə", "Alliqator", "Ağsu", "Ağcabədi" və Naxçıvan Muxtar Respublikasının komandaları da mübarizə aparıblar.Turnirdə 100-ə yaxın idmançı rinqə çıxıb.Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra turnir bədii hissə ilə davam edib. Naxçıvan Dövlət Filarmoniyasının musiqi və rəqs ansmablının bir-birindən rəngarəng ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.Sonra final görüşlərinə start verilib.

Əvvəlcə rinqə kadetlər (10-13 yaşlılar ) çıxıb. Şahin Əfəndiyev (26 kiloqram), Ramal Qəribli (28 kiloqram), Sübhan Məmmədov (32 kiloqram), Kənan Cəfərov (37 kiloqram), Vüqar Məmmədov (42 kiloqram), Əsgər Musayev (47 kiloqram) və Zeynalabdin Musayev (+47 kiloqram) öz çəki dərəcəslərində bütün rəqiblərini üstələməyi bacarıblar.

13-15 yaşlı yeniyetmələrin mübarizəsində isə Azər Zamanlı (39 kiloqram), Nicat Abbasov (42 kiloqram), İsmayıl Yaqubov (47 kiloqram), Əli Qasımov (52 kiloqram), Fərid Məhərrəmov (57 kiloqram), Ərşia Əhmədyan (63 kiloqram, İran), Nəriman Nərimanov (69 kiloqram) və Şakir Həmzəyev (+69 kiloqram) hamıdan güclü olublar.

15-17 yaşlı yeniyetmələr arasındakı görüşlər isə daha maraqlı idman mübarizəsi şəraitində keçib. Bu yaş qrupunda Mehran Salehyan (57 kiloqram, İran), Kian Rzazadə (60 kiloqram, İran), Aqşin Hacızadə (71 kiloqram), Qədir Məmmədrza (75 kiloqram, İran) və Rza Rəhimpur (91 kiloqram, İran) turnirin qalibioloublar.Qızların mübarizəsində isə Xədicə Mustafayeva (32 kiloqram) rinqdə bütün rəqiblərinə qalib gəlməyi bacarıb.

Sonda bütün çəkilərdə uğurlu nəticə göstərən "Neftçi" komandası "Heydər Əliyev Kuboku" ilə təltif olunub.Mükafatı Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov təqdim edib.

Eyni zamanda muxtar respublikada kikboksinqin inkişafına göstərdikləri dəstəyə görə Elnur Alıyev, Könül İsmayılova və Təbriz İmanov xüsusi mükafatla təltif olunublar.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
08.06.2019







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2019