Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Stolüstü tennis üzrə yarış keçirilmişdir

      8 iyul 2020-ci il tarixdə Naxçıvan şəhər Əlillərin Bərpa Mərkəzində 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlar arasında stolüstü tennis üzrə Naxçıvan Muxtar Respublika birinciliyi keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Paralimpiya Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən birincilikdə ümumilikdə 11 sağlamlıq imkanları məhdud uşaq iştirak etmişdir. Birinciliyin keçirilməsində məqsəd 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlar arasında bədən tərbiyəsi və idmanın kütləviliyinə nail olunması, asudə vaxtlarının səmərəli keçirilməsi üçün onlar arasında idmanın, o cümlədən stolüstü tennis idman növünün inkişaf etdirilməsi, 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyasına nail olunması olmuşdur. Birinciliyin açılış mərasimində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı İsmayılov Tural və Paralimpiya Federasiyasının sədr müavini Məmmədov Vüqar çıxış edərək yarışın keçirilmə məqsədi, qaydaları haqqında iştirakçılara məlumat vermiş və onlara uğurlar arzulamışlar.

Yarışın yekun nəticəsinə əsasən ən yüksək xalla Səfərov Allahverən birinci, Yusifov Rəfail ikinci, Kərimli Əkrəm üçüncü yerin sahibi olmuşlar.

Qaliblərə təşkilatçıların diplom və qiymətli hədiyyələri, digər iştirakçılara fəxri fərmanlar təqdim olunmuşdur.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
08.07.2020







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020