Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













"Batumi" restoranında gənclərlə görüş keçrilmişdir

      8 avqust 2019-cu il tarixdə “12 avqust-Beynəlxalq Gənclər Günü” ilə bağlı Naxçıvan şəhərində yerləşən "Saat Meydanı" turistik istirahət mərkəzində fəaliyyət göstərən "Batumi" restoranında gənclərlə görüş keçrilmişdir.

Əvvəlcə gənclərə "Cinemaplus"da Naxçıvan televiziyasının hazırladığı qısa metrajlı film nümayiş etdirilmişdir.

Daha sonra isə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin şöbə müdiri Tahir Məmmədli və Əmək və Əhalinin Sosiyal Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reablitasiya Xidmətinin rəisi Canməmməd Canmməmədov çıxış edərək gənclərə “12 avqust-Beynəlxalq Gənclər Günü” və görüşün təşkil olunması məqsədi və muxtar respublikada aparılan gənclər siyasəti və fiziki imkanları məhdud yeniyetmə və gənclər üçün yaradılmış şərait haqqında məlumat verərək bildirmişlər ki, bu günün qeyd olunması 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilən beynəlxalq konfransda qərara alınmışdır və həmin gündən etibarən Azərbaycanda da 12 avqust Beynəlxalq Gənclər Günü kimi qeyd olunur.

55 nəfər gəncin iştirakı ilə keçirilən görüşdə gənclər üçün çay süfrəsi təşkil olunmuşdur.

Tədbir Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Gənclər Fondu və Yeni Azərrbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilmişdir.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
08.08.2019







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2019