Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Rəsm müsabiqəsi keçirilmişdir

      8 sentyabr 2020-ci il tarixdə Gənclər və İdman Nazirliyinin inzibati binası qarşısında fiziki imkanları məhdud yeniyetmələr arasında rəsm müsabiqəsi keçirilmişdir.

Əvvəlcə Gənclər və İdman Nazirliyinin şöbə müdiri Ayaz Cabbarov, Naxçıvan Şəhər Sosial Müdafiə Mərkəzinin direktoru Arzu Zeynalov və Rəssamlar Birliyinin əməkdaşı Araz Xudiyev çıxış edərək müsabiqənin keçirilməsində məqsədin istedadlı yeniyetmələrin üzə çıxarılması, onların bacarıqlarının təkmilləşdirilməsi üçün lazımi şəraitin formalaşdırılması və sağlamlıq imkanları məhdud yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili olduğunu bildirmişlər. Həmçinin, muxtar respublikada gənclər və sağlamlıq imkanları məhdud şəxslər üçün yaradılmış şərait, onların asudə vaxtlarının səmərəli təşkili üçün həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat verilmiş, müsabiqədə iştirak edən yeniyetmələrə uğurlar arzulanmışdır.

Sonra iştirakçılar onlara ayrılmış 2 saat ərzində təsviri incəsənət janrında kağız və kətan üzərində sərbəst texnika ilə müxtəlif rəsmlər çəkmişlər. Sonda münsiflər heyəti tərəfindən qaliblər müəyyən edilmişdir. Belə ki, Zeynalova Aysu müsabiqənin qalibi olmuş, Əhmədova Zeynəb və Əbilov İlham isə müvafiq olaraq II və III yerlərə layiq görülmüşlər. Qaliblərə və digər iştirakçılara təşkilatçılar tərəfindən diplom və qiymətli hədiyyələr təqdim olunmuşdur.

11 nəfər fiziki imkanları məhdud yeniyetmənin iştirak etdiyi müsabiqə Gənclər və İdman Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Rəssamlar Birliyinin və Yeni Azərbaycan Partiyası Naxçıvan MR Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilmişdir.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
08.09.2020







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020