Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













“Marş İrəli” layihəsi sona doğru

      Naxçıvanın ev sahibliyi ilə keçirilən hərbi simulyasiyalı layihə uğurla davam edir. “Marş İrəli”nin 4-cü günü çərçivəsində iştirakçılar Naxçıvan #Təlim Mərkəzində olublar. Hərbi qulluqçularımız tərəfindən icra olunan atıcı silahlardan, qumbaraatanlardan praktiki atış çalışmaları, şəxsi heyətin kəşfiyyat cığırında fəaliyyəti və psixoloji cığırın dəf edilməsi, snayperçilərin döyüş fəaliyyəti izlənilib. Atış sahəsində siqnal minası, od və elektrik üsulu ilə partlayışların həyata keçirilməsi, təlim mühəndis döyüş sursatlarının nümayişi reallaşıb. Tank və top atəşləri, eləcə də helikopter və qırıcı təyyarə uçuşları gənclər tərəfindən xüsusi maraqla izlənilib. Daha sonra iştirakçılar N Saylı Hərbi Hissədə Əlahiddə Ümumqoşun Orduya aid #hərbi silah və texnikalarla tanış olublar. Raket və artilleriya silah sistemləri, rabitə vasitələrinin və avtomatlaşdırılmış idarəetmə sistemləri, hərbi avtomobil və zirehli texnika nümunələri haqqında ətraflı məlumat verilib, səyyar tibb qrupunun səhra şəraitində nümayişi həyata keçirilib.

Axşam saatlarında Döyüş şöhrəti muzeyinə ekskursiya, Türkiyə-Naxçıvan Dostluq Parkında hərbi orkestrin iştirakı ilə konsert proqramı təşkil olunub.

Qeyd edək ki, sabah – layihənin sonuncu günü çərçivəsində "Hərbi parad", "İnformasiya müharibəsi" təlimi, maneəli qaçış-ipdartma hərbi idman oyunları keçiriləcək. Bağlanış mərasimi və konsert proqramı ilə layihəyə yekun vurulacaq.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
08.09.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021