Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













İntellektual Oyun keçirilmişdir

      8 oktyabr 2019-cu il tarixdə Babək rayon Mədəniyyət Evində Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyi ilə əlaqədar yeniyetmələr arasında oxunması zəruri olan kitablar əsasında “Nə? Harada? Nə zaman?” İntellektual Oyununun Babək rayon birinciliyi keçirilmişdir.

Əvvəlcə Gənclər və İdman Nazirliyinin əməkdaşı Valeh Mahmudov çıxış edərək oyunun keçirilməsində məqsədin Naxçıvan Muxtar Respublikasında yeniyetmə və gənclərin intellektual fəaliyyətə cəlb edilməsinin, onların intellektual səviyyəsinin, dünyagörüşünün, zehni inkişafının stimullaşdırılmasının, asudə vaxtlarının səmərəli təşkil edilməsinin və oxunması zəruri olan kitabların gənclər və yeniyetmələr arasında təbliğinə nail olunmasını bildirmişdir.

“Nə? Harada? Nə zaman?” İntellektual Oyunu 2 turdan ibarət olmaqla, hər turda 12 sual səsləndirilmişdir. Suallar Gi de Mopassanın “Gonbul”, Ernest Heminqueyin “Qoca və dəniz”, Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə”, Şamil Cəmşidin “Dədə Qorqud dastanları” və “Təmsillər” kitabları əsasında hazırlanmışdır. Sonda daha çox suala düzgün cavab verən komandalar qalib hesab olunmuşlar. Birincilikdə Yarımca kənd tam orta məktəbin “Zəfər” komandası I yerə, Babək qəsəbə 1 №-li tam orta məktəbin “Turan” komandası II yerə, Hacıvar kənd tam orta məktəbin “Qarabağ” komandası III yerə çıxmışdır. Sonda qaliblərə Gənclər və İdman Nazirliyi tərəfindən diplom, fəxri fərman və oxunması zəruri olan kitablar təqdim edilmişdir.

Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin, “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin brgə təşkilatçılığı ilə keçirilən birincilikdə 40-a yaxın yeniyetmə iştirak etmişdir.

Qeyd edək ki, rayon və şəhər birinciliklərində I yerə çıxmış komandalar “Nə? Harada? Nə zaman?” İntellektual Oyununun dekabr ayında keçiriləcək muxtar respublika birinciliyində iştirak edəcəklər.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
08.10.2019







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2019