9 mart 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublika Stadionunda Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və Naxçıvan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə "5 Mart-Bədən Tərbiyəsi və İdman Günü"nə həsr olunmuş yeniyetmə oğlan və qızlar arasında atletikanın qaçış, nizə atma və yadro itələmə idman növləri üzrə Naxçıvan Muxtar Respublika birinciliyi keçirilmişdir.
Yekun nəticəyə əsasən 400 metr məsafədə oğlanlar arasında Səfərov Əliabbas, qızlar arasında Babayeva Zeynəb, 800 metr oğlanlar arasında Əlizadə Mirkamil, qızlar arasında Abbasova Aysu, nizə atma üzrə oğlanlar arasında Orucov İsmayıl, qızlar arasında Həsənova Günayə, yadro itləmə üzrə oğlanlar arasında Azalı Əli, qızlar arasında Əliyeva Səbinə I yerə, komanda hesabında Naxçıvan Şəhər komandası I yerə, Sədərək Rayon komandası II yerə, Culfa Rayon komandası III yerə layiq görülmüşlər.
Birincilikdə 100-ə yaxın yeniyetmə iştirak etmişdir. Qaliblər təşkilatçılar tərəfindən diplom və kubokla mükafatlandırılmışlar.