Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













“Yaradıcı Gənclər Akademiyası” layihəsinə yekun vurulub

      21 fevral 2020-ci il tarixdə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində start verilən “Yaradıcı Gənclər Akademisayı”nı uğurla başa vuran gənclərə sertifikatların verilməsi mərasimi keçirilib.

Mərasimdə əvvəlcə Gənclər və İdman Nazirliyinin şöbə müdiri İlahə Haqverdiyeva, Təhsil Nazirliyinin sektor müdiri Murad Babayev çıxış edərək bildiriblər ki, muxtar respublikada gənclərin istedad və bacarıqlarının aşkar edilməsi, onların intellektual səviyyələrinin inkişaf etdirilməsi məqsədilə mütəmadi olaraq tədbirlər keçirilir. Gənclər və İdman, Təhsil nazirliklərinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə həyat keçirilən “Yaradıcı Gənclər Akademiyası” layihəsi də bu tip tədbirlərdəndir. Layihənin həyata keçirilməsində məqsəd muxtar respublikada yaradıcı gənclərin aşkar edilməsi, onların tanıdılması, yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi üçün əlverişli mühitin formalaşdırılması, beynəlxalq layihələrdə iştirakının təmin edilməsi, onların əməyinin qiymətləndirilməsi və onlar üçün yeni stimulun yaradılması, eləcə də gənclərin asudə vaxtının səmərəli təşkil edilməsidir. Layihə çərçivəsində təlim kurslarında iştirak etmək istəyən gənclər Gənclər və İdman Nazirliyinin www.naxgin.az saytında yerləşdirilmiş bölmədə qeydiyyatdan keçərək layihədə iştirak etmək hüququ qazanıblar Gənclər robotexnika, ebru sənəti, qum sənəti, rəssamlıq və ağac üzərində yandırma sənəti üzrə təşkil olunmuş kurslarda iştirak etmişlər. Daha sonra Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Rəşad Xudiyev bildirib ki, məktəbdənkənar təhsil müəssisələri uşaq və gənclərin maraq və bacarıqlarının, intellektual səviyyələrinin və yaradıcılıq qabiliyyətlərinin inkişafı, asudə vaxtlarının səmərəli təşkilində mühüm əhəmiyyət daşıyır. Ötən il Mərkəzdə robotexnika, memarlıq-dizayn, mental aritmetik, xalçaçılıq, metal üzərində bədii döymə, ağac üzərində oyma, ebru sənəti, qum sənəti, dulusçuluq, dram, gimnastika və sürətli oxu dərnəkləri yaradılıb. Həmçinin, yeniyetmə və gənclərin asudə vaxtının və tərbiyəsinin düzgün təşkili, onların intellektual inkişafı və istedadlarının üzə çıxarılması istiqamətində tədbirlər görülür, dərnək üzvlərinin sərgiləri təşkil olunur.

Çıxışlardan sonra kurslarda fəal iştirak edən 10 nəfər gəncə sertifikat təqdim olunmuş, və həmin gənclərin əl işlərindən ibarət sərgiyə baxış keçirilmişdir.



Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
09.04.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020