Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













İdmana və idmançılara göstərilən diqqət və qayğı

      Naxçıvan Muxtar Respublikasında idmana və idmançılara göstərilən diqqət və qayğı nəticəsində bu gün muxtar respublika idmançıları dünyanın hər yerində idman yarışlarında öz sözünü deməyə qadirdir.

İdmanın inkişafı naminə yaradılan şəraitin nəticəsidir ki, yeni idmançılar nəsli yetişir və onlar muxtar respublikamızı istər ölkə səviyyəli birinciliklərdə, istər beynəlxalq yarışlarda, istərsə də dünya səviyyəli yarışlarda layiqincə təmsil edir və qalibiyyət sevinci ilə geri dönürlər. Bu cür idmançılarımızdan biri də Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının yetirməsi Seyidov Vüsal Şahin oğludur. Vüsal 30 oktyabr 2004-cü ildə Babək rayon Vayxır kəndində anadan olmuşdur. O, 2016-cı ildə İran İslam Respublikasının Astara şəhərində keçirilən dostluq görüşündə I, 2017-ci ildə Bakı İdman Sarayında keçirilən 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olumuş klublararası turnirdə III, Türkiyənin Ərzurum şəhərində keçirilən Beynəlxalq turnirdə III, Qara və Xəzər dənizi ətrafı ölkələri arasında keçirilən Beynəlxalq turnirdə III, 2018-ci ildə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olumuş Beynəlxalq turnirdə I, Beynəlxalq idman Olimpiadasında I, 26 fevral Xocalı Faciəsinə həsr olunmuş Kumite, Kata növləri üzrə açıq turnirdə I, Bakı şəhərində keçirilən Qaradəniz və Xəzəryanı ölkələrarası beynəlxalq turnirdə II, ”Arpaçay Open” beynəlxalq turnirində I, 2019-cu ildə İran İslam Respublikasının Astara şəhərində keçirilən karate üzrə IV Beynəlxalq turnirində II, Bakı Open-2019 Beynəlxalq karate turnirində I, ümumilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş karate-do üzrə “Naxçıvan Open” Beynəlxalq turnirində I, “Batumi Open” Beynəlxlaq karate turnirində (kata və kumite üzrə) I, Qaradəniz və Xəzəryanı ölkələrin beynəlxlaq turnirində II, Karate üzrə XI Avropa çempionatında I, 2020-ci il ərzində 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş uşaq, yeniyetmə və gənclər arasında keçirilən karate üzrə beynəlxalq turnirində III yerlərin sahibi olmuş, dəfələrlə muxtar respublika səviyəli yarışlarda qalib adını qazanmışdır.

Bu gün isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında Sərəncamı ilə Seyidov Vüsal idman sahəsi üzrə adı Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülmüşdür. Bu münasibətlə Vüsalı təbrik edir, ona hər zaman qalibiyyət sevinci yaşamağı və yaşatmağı arzulayırıq.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
09.07.2020







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020