Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Naxçıvan MR Ali Məclis Sədrinin Sərəncamı

      Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyulun 9-da Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında Sərəncam imzalayıb:

Sərəncamda deyilir:

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddə­sinin II his­sə­sinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

Xüsusi istedadı olan aşağıdakı şəxslərin adları Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılsın və onlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülsünlər:

Nəsirova İnci Emin qızı - Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbin şagirdi, təhsil sahəsi üzrə

Seyidov Vüsal Mirşahin oğlu - Babək rayon Vayxır kənd tam orta məktəbinin şagirdi, idman sahəsi üzrə".

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
09.07.2020







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020